Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Daşkəsəndə daha bir şikayət məktubu gəldi
Daşkəsəndə daha bir şikayət məktubu gəldi
25 Dekabr 2015 / 14:05 / Baxış sayı: 1582
Font1 Font2 Font3 Font4

Əhəd Abıyevin özəl qanunları daşkəsənliləri rayondan çıxmağa məcbur edib

Daşkəsən rayonunun sakinləri rayonda yaranan vəziyyətdən, baş verən özbaşınalıq hallarından ölkə prezidentinə şikayət məktubu ünvanlayıblar.

Şikayət müəlliflərinin sözlərinə görə, Daşkəsəndə anarxiya, özbaşınalıq baş alıb gedir: “Rayonda millətə qulluq etməli olan məmurlar bunun əksinə xalqı təhqir edir. Aşağılayır, hörmətsiz münasibət bəsləyirlər. Bu barədə cox deyilir, qəzetlərdə, internet saytlarında cox yazılır, ancaq heç bir ölçü görürülmür. Bizim rayonda belə harınlamış, millətə zülm verən məmurlardan olan rayon su idarəsinin rəisi Pənah Əhmədov barəsində dəfələrlə yazılıb, onun hətta saxta sənədlərlə əlilə məxsus evə sahib çıxması, əhaliyə verilən suyun texniki göstəricilərinin standartlara uyğun olmaması, su təminatında yaranan ciddi problemlər hər kəsi narahat edir. Korrupsiyaya bogaza kimi bulaşmış bu məmur işlədiyi idarələri darmadagın edib, dövlətin küllü miqdarda vəsaitini talayıb”.

Məktub müəllifləri bildirib ki, ümumiyyətlə Daşkəsən rayonda iqtisadi inkişafa nail olmaq üçün heç bir tədbir həyata keçirilmir. Bu isə rayon əhalisinin öz dogma evini tərk edib iş dalınca paytaxta, yaxud başqa ölkəyə getməyə məcbur edir:  “Bizim rayonda demək olar ki, idarələrin 80 faizinin rəhbərləri, 40-50 faiz əməkdaşları başqa rayonların sakinləridir.

Qohumbazlıq, yerlibazlıq işlət təminatda da əsas vasitə hesab olunur. Belə ki, rayonda Yol İdarəsi,Meşə İdarəsi,Mədəniyyət İdarəsi,Təhsil İdarəsi, İşıq İdarəsi, Telekommunikasiya qovşağı (ATS), Statistika İdarəsi,Qaz İdarəsinin rəhbər və baş mühəndisi, DSMF-nun rəhbəri və 5 idarə işçisi, ƏSMM-nin, 2 və 4 nömrəli uşaq bağçalarının, VVQA, Notariat kontorunun rəhbəri, Baş arxitektor, İcra Hakimiyyətində bir müavin, 3 mütəxəssis, icra başçısının köməkçisi, 1 aparıcı mütəxəssis, hətta sürücü, rayonda iki Bankın rəhbərləri digər rayon və şəhər sakinləridir. Bu siyahını artırmaq da olar.

Azərbaycanın hər yeri hər birimiz üçün vətən torpağıdır. Ancaq vəzifə sahibləri idarəçiliyi qohumbazlıq və yerlibazlıqla eyniləşdirirlərsə, bu zaman heç bir inkişafdan danışmaq mümkün deyil. Hər yeni gələn idarə rəisi ətrafına ancaq qohum və tanışlarını toplayır, rayon sakinləri isə işsiz qalaraq rayonu tərk etmək məcburiyyəti ilə üzləşir. Rayon əhalisinə qarşı hörmətsilik, özbaşınalıq, harınlamış məmurlar Daşkəsəndə ikinci İsmayılli və Quba hadisələrinin baş verməsinə səbəb ola bilər”.

İlkin
arxiv.bizimxeber.az



Daşkəsəndə daha bir şikayət məktubu gəldi yazısına 4 şərh yazıldı




Yuxarı Geri Ana səhifə