Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Avropa Birliyi öz qapılarını türk vətəndaşları üçün açdı
Avropa Birliyi öz qapılarını türk vətəndaşları üçün açdı
25 Dekabr 2015 / 11:27 / Baxış sayı: 266
Font1 Font2 Font3 Font4

“Bu, problemimiz həllini tapdı”. Türkiyə Cümhuriyyəti vətəndaşları 2016-cı ilin oktyabrından Şengen zonası ölkələrinə vizasız gedə biləcəklər. Bu barədə bu ölkənin Avropa Birliyi (Aİ) üzrə naziri Volkan Bozkır Samsunda iştirak etdiyi iclasda deyib. 

O, Türkiyənin Aİ ilə olan əlaqələrindən də danışıb: “Tərəflər arasında əlaqələr bundan sonra daha da sürətlənəcək. Türk vətəndaşını bu gün narahat edən məsələlərdən biri də vizadır. 1980-ci illərə qədər viza rejimi yox idi. Bundan sonra viza rejimi tətbiq edilməyə başladı.

Bununla da bir çox vətəndaşlarımız ölkədən getməkdə çətinliklə qarşılaşırdı. Artıq 2016-cı ilin oktyabrından isə bu problem həllini tapacaq. Bununla da çox önəmli problemimiz aradan qaldırılacaq”, – deyə o qeyd edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə