Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“AAAF İnşaat”-da tikinti işləri dayandırılıb
“AAAF İnşaat”-da tikinti işləri dayandırılıb
25 Dekabr 2015 / 11:33 / Baxış sayı: 1048
Font1 Font2 Font3 Font4

Evləri hələ də hazır olmayan vətəndaşlara nə pul qaytarılır nə də ev verilir

Beynəlxalq Bankın sabiq prezidenti, maliyyə xəyanətinə görə işdən çıxarılan və daha sonra həbs edilən Cahangir Hacıyev və MTN-nin sabiq rəhbəri Eldar Mahmudovla bağlılığı olduğu bildirilən “AAAF İnşaat” çətin vəziyyətlə üzləşib. Əslində tikinti şirkətinin problemlərinin yarandığı Cahangir Hacıyev ətrafında qalmaqalın başlaması ilə eyni zamana təsadüf etdi.

Məlumatlara görə, C.Hacıyevin “AAAF İnşaat” MMC ilə iş əlaqələrinin kökü milyonlara dayanır. C.Hacıyev bu şirkətə daha aşağı faizlə uzunmüddətli kreditlər verdiyi də yayılan məlumatlar arasındadır.

İndi bu hər iki şəxsin “vurulması” “AAAF Park”ın müflisləşməsinə və tikintinin dayanmasına səbəb olub.

Bütün tikinti işlərini dayandırıldığı “AAAF Park”dan ev alan insanlar isə çətin duruma düşüb.

arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, hətta ötən ildən ödəniş edilən binalarda da tikinti işləri başlamayıb. Bu vəziyyətin davam edəcəyini görən müştərilər “AAAF Park” rəhbərliyinə müraciət edərək vəsaitin geri qaytarılmasını tələb edirlər.

Lakin onlara vəsaitin geri qaytarılmasının hazırda mümkün olmadığı bildirilib və qeyd olunub ki, hazır evlər satıldıqdan sonra pulların qaytarılması mümkün ola bilər. Bu isə ən azı 1 il zaman tələb edir. Alıcılar onsuz da çətin vəziyyətdə qaldıqlarından 1 il sonra manatın daha da dəyərdən düşəcəyi qorxusu ilə vəsaitin tamamilə dəyərsizləşəcəyinin narahatlığını yaşayır. Ancaq “AAAF Park” verilən vədləri yerinə yetirmədiyinə görə alıcıların görüş tələbinə cavab vermir. Zərərçəkənlərin sözlərinə görə, görüş tələblərinə müsbət cavab alıb ödənilən vəsaitlər geri ödənilməyəcəyi təqdirdə kütləvi aksiyalara başlayacaqlar.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə