Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Masazırda bina tikilməsinə təhlükə yaradan zona müəyyənləşdirilib
Masazırda bina tikilməsinə təhlükə yaradan zona müəyyənləşdirilib
25 Dekabr 2015 / 11:50 / Baxış sayı: 246
Font1 Font2 Font3 Font4

Baş nazirin müavini Abid Şərifovun tapşırığı ilə Geologiya və Geofizika İnstitutu tərəfindən 2015-ci ildə Masasız qəsəbəsində qaz sızması nəticəsində yaranmış vəziyyət araşdırılıb.

Geologiya və Geofizika İnstitutunun hesabatında qeyd edilib ki, elektrik kəşfiyyatının ŞEZ (Şaquli elektrik zondlama) üsulu ilə tədqiqatlar (çöl işlərinin həcmi 607.6 pm), metan qazı axınının təyini məqsədilə aktiv tektonik zonalarda radiometrik tədqiqatlar aparılıb, əraziyə yaxın olan 3 palçıq vulkanı (Keyrəki, Abix və Zigilpiri) və neft-bitum çıxışları haqqında geniş məlumat hazırlanıb.

Aparılmış tədqiqatlar nəticəsində sahə üzrə metan qazının paylanma xəritəsi tərtib edilib. ŞEZ üsulu ilə aparılmış çöl işlərinin nəticələrinə əsasən iki profil üzrə geoelektrik və geofiziki-litoloji kəsilişlər tərtib edilmişdir. Hər iki profil üzrə aparılmış emal işləri nəticəsində sahənin geoloji kəsilişini təşkil edən süxurların fərz olunan və xüsusi elektrik müqavimətləri, həmçinin bu profillər üzrə şimal-şərq istiqamətində ehtimal olunan pozulma xətləri təyin edilib. Həmin ərazidə təhlükəli zona ayrılıb, orada təsərrüfat işlərinin aparılmasının, xüsusilə yaşayış binalarının tikilməsinin böyük təhlükə yaratmasına, xoşa gəlməyən sonluqla nəticələnməsinə dair Nazirlər Kabinetinə müvafiq təkliflər təqdim edilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə