Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qubernator İlham Əliyevə təbrik yazdı və “prezident” sözündə səhv buraxdı
Qubernator İlham Əliyevə təbrik yazdı və “prezident” sözündə səhv buraxdı
25 Dekabr 2015 / 12:49 / Baxış sayı: 396
Font1 Font2 Font3 Font4

Rusiyanın Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev Azərbaycan prezidenti İlham Əliyevə İnstagramda təbrik yazıb və “prezident” sözündə səhv buraxaraq sosial şəbəkələrdə tənqidə məruz qalıb.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, qubernator təbrik mesajında “prezident” əvəzində “prezedent” yazıb.

“Bu gün Azərbaycan prezedenti İlham Heydəroviçin ad günüdür! Onu ürəkdən təbrik edirəm!”- deyə qubernator yazıb.

Dərhal sosial şəbəkə istifadəçiləri qubernatorun səhvini göstəriblər: “prezEdent” yox”, “prezİdent” yazmaq lazımdır.

Bundan sonra Kuyvaşev səhvini düzəldib. Lakin bu səhv qubernatorun savadının səviyyəsinə dair zarafatlara və tənqidlər səbəb olub.

Kuyvaşevin o qədər də savadlı adam olmadığı haqda bundan qabaq da danışılırdı. Məsələn, Yekaterinburq meri Yegeni Royzmanın dediyinə görə, hamıya məlumdur ki, Kuyvaşevin əsl ali təhsili yoxdur.

“Onun orta təhsili barədə də kifayət qədər ciddi suallar ortaya çıxıb”- Royzman bu yaxınlarda verdiyi müsahibədə deyib.

Virtualaz.org



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə