Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Maliyyə Nazirliyi: Dövlət büdcəsinə düzəlişlər edilə bilər
Maliyyə Nazirliyi: Dövlət büdcəsinə düzəlişlər edilə bilər
25 Dekabr 2015 / 13:03 / Baxış sayı: 302
Font1 Font2 Font3 Font4

Manatın məzənnəsinin enməsi bilavasitə 2015-ci ilin dövlət büdcəsinin icrasına təsir göstərmir. Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Maliyyə Nazirliyindən bildirilib. Maliyyə Nazirliyi dekabrın 21-də milli valyutanın xarici valyutalara nisbətdə 48%-lik devalvasiyasının gələn ilin büdcəsinə təsiri məsələsinə də münasibət bildirib.

“2016-cı ilin dövlət büdcəsinin tərtibi zamanı büdcə gəlirlərinin, habelə xarici valyutada ifadə edilmiş büdcə xərclərinin hesablanması zamanı manatın fərqli mübadilə məzənnəsinin istifadəsi ilə əlaqədar gələn ilin dövlət büdcəsinə müvafiq düzəlişlərin edilməsi məsələsinə hal-hazırda baxılır”, – deyə məlumatda vurğulanıb.

Maliyyə Nazirliyindən o da bildirilib ki, bu zaman neftin qiymətinin dövlət büdcəsinin gəlirlərinin hesablanması üçün götürülmüş qiymətindən daha aşağı səviyyəyə enməsi amili də nəzərdən keçiriləcək. Bildirilib ki, 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklərin aprel-may aylarında reallaşdırılması ehtimal edilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə