Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda silahlı insident:yaralanan var
Bakıda silahlı insident:yaralanan var
25 Dekabr 2015 / 13:17 / Baxış sayı: 350
Font1 Font2 Font3 Font4

Bakıda 21 yaşlı gənc güllələnib. APA xəbər verir ki, hadisə Nərimanov rayonu, Xətai prospektindəki “Şərq bazarı”nın yaxınlığında qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Rzayev Emil Sülfi oğlu mübahisə zəminində hələlik kimliyi məlum olmayan şəxs tərəfindən tüfənglə güllələnib. Yaralı təcili yardım maşını ilə dərhal  Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Ayağından yaralanan 21 yaşlı gənc dərhal əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti hələlik orta ağırdır.
Hadisə yerinə Nərimanov rayon Polis İdarəsinin əməkdaşları gələrək araşdırmalara başlayıblar. Polisdən verilən məlumata görə, 21 yaşlı Rzayev Emil Sülfi oğlunun kim tərəfindən, hansı səbəbdən güllələndiyi aparılan araşdırmalardan sonra məlum olacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə