Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda avtomobil krediti dayandırıldı
Azərbaycanda avtomobil krediti dayandırıldı
26 Dekabr 2015 / 15:28 / Baxış sayı: 330
Font1 Font2 Font3 Font4

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərarın təsirləri Azərbaycanda avtomobil bazarından da yan keçməyib.

Yeni avtomobillərin satıldığı əksər avtosalonlar qiymətləri hələlik çox qaldırmasalar da, avtomobil kreditləri dayandırılıb. Bunu satıcılar da təsdiqlədilər. Paytaxtın məşhur avtosalonlarından birinin satıcısı Nübar Cabbarova deyir ki, 2015-ci il model avtomobillərinin qiymətini daha da artırmaq niyyətində deyillər.
“Onsuz da satışlarımızın sayı həddən artıq azalıb. İki gün ərzində bir avtomobili güclə satırıq. Qiymətləri qaldırıb olan alıcıları da itirməyin heç bir mənası yoxdur. Ancaq onu deyə bilərəm ki, bizim şirkət kreditləri manatla verirdi və son günlər manatın qiymətinin ucuzlaşması bankın avtomobil kreditlərini dayandırmasına səbəb olub”, – deyə satıcı əlavə etdi.
Müşahidə aparılan digər avtosalonlarda da oxşar vəziyyət hiss edilib. Avtosalonların əməkdaşları da qiymət artımının olmadığını bildirirdilər. Səbəb olaraq isə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsini və dolların qiyməti yüksələndən sonra avtomobil gətirmədiklərini göstərirlər.
Alıcılar da yeni maşınların satışı ilə məşğul olan avtosalonların əksəriyyətində qiymət artımının cüzi olduğunu deyirlər. Maşın almaq istəyən Aqil Abbasov bildirdi ki, onun 24 min 800 manata almaq istədiyi avtomobilin qiymətində heç bir artım olmayıb: “Bu gün eşitdim ki, banklar manatla olan avtomobil kreditlərini dayandırıblar. Düşünürəm ki, avtosalonlar istəmir ki, qiyməti qaldırıb onsuz da az olan alıcılarını itirsinlər. Həm də niyə artırmalıdırlar ki? Axı onlar avtomobilləri dollar bahalaşmamışdan əvvəl gətiriblər”.
Ekspertlər isə bankların avtomobil kreditlərini dayandırmasının alıcılıq qabiliyyətinin daha da aşağı düşməsinə səbəb olacağını bildirirlər. Nəqliyyat üzrə ekspert Azər Allahverənov deyir ki, Milli Bank bir ildən artıq müddətdir ki, banklara avtokreditlərin dayandırılması ilə bağlı öz tapşırıqlarını verib: “Bəzi banklar onsuz da kredit verməkdən imtina etmişdi. Bəziləri isə kredit şərtlərini bir az daha ağırlaşdırmışdı. Buna görə də onsuz da maşın bazarında çətin vəziyyət yaranmışdı. Bunu ölkəmizə gətirilən avtomobillərin sayında da görmək mümkündür. Belə ki, ötən illərdə Azərbaycana 110 min nəqliyyat vasitəsi gətirilmişdisə, hazırda bu rəqəm 40-50 mindir. Kreditin dayandırılması isə bu rəqəmin daha da aşağı düşməsinə səbəb olacaq”.
Ümumiyyətlə, manat bütün valyutalar qarşısında dəyər itirib. Bütün bu baş verənlər fonunda avtomobil kreditlərinin dayandırılması bir növ müsbət addımdır. Çünki neftin hər gün bahalaşdığını, manatın isə əksinə hər gün bir az daha dəyər itirdiyini nəzərə alsaq, bu addım vətəndaşları əlavə problemlərdən xilas edəcək. Ancaq mənfi cəhəti odur ki, avtomobil arzusunda olanlar bu istəklərini reallaşdıra bilməyəcəklər. Ona görə avtomobil almaq istəyənlər ya bu istəklərindən əl çəkməli, ya da borc hesabına nağd yolla avtomobil sahibi olmalıdırlar.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə