Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bu gündən bayram yarmarkaları başlayır (ÜNVAN)
Bu gündən bayram yarmarkaları başlayır (ÜNVAN)
26 Dekabr 2015 / 16:36 / Baxış sayı: 218
Font1 Font2 Font3 Font4

Yarmarkalar paytaxtın 6 rayonunda olacaq. Bu gündən bayramla bağlı kənd təsərrüfatı məhsullarının yarmarkaları start götürür. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin katibi Murtuzəli Hacıyev açıqlamasında deyib ki, yarmarkalar dekabrın 26-dan yanvarın 5-ə kimi paytaxtın müxtəlif yerlərində, o cümlədən Sumqayıtda keçiriləcək.

Ən böyük yarmarka Sumqayıt şəhərində təşkil olunacaq. Bu il kənd təsərrüfatı yarmarkalarının sayının az olması paytaxtın bəzi yerlərində gedən təmir-tikinti işləri ilə bağlıdır.

Murtuzəli Hacıyev – Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin katibi

Yarmarkaların ünvanları

Kənd təsərrüfatı yarmarkaları 2006-cı ildən bu yana Kənd Təsərrüfatı Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə hər həftənin altınıcı və bazar günləri təşkil edilir. Ötən ilə kimi yarmarkalar Bakı şəhərinin 7 rayonunun 11 ünvanında olurdu. Lakin bu il yarmarkaların sayında azalma olub.
May ayında Bakı şəhər İcra Hakimiyyətindən bildirilib ki, Xətai, Nəsimi, Yasamal, Nərimanov, Səbail rayonunda kənd təsərrüfatı yarmarkaları fəaliyyətini dayandırıb. Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin rəhbəri Əliabbas Bağırovun ANS PRESS-ə verdiyi məlumata görə, yarmarkalar şəhərin mərkəzindən yığışdırılıb. Yarmarkalar şəhərin estetik görkəminin yaxşılaşdırılması məqsədilə dayandırılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə