Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bahalaşma dalğası səhiyyəyə çatdı
Bahalaşma dalğası səhiyyəyə çatdı
26 Dekabr 2015 / 16:38 / Baxış sayı: 326
Font1 Font2 Font3 Font4

Manatın ucuzlaşması Azərbaycanda  dərman bazarına da ciddi təsir etdi. Dərmanların qiyməti 50 faiz artdı.  Həmçinin tibbi ləvazımatlar, avadanlıqlar, cərrahiyyə əməliyyatları zamanı istidadə olunan alətlər də xaricdən idxal edildiyi üçün bahalaşdı. Bəs müalicə xərcləri necə?

Belə görünür ki, dövlət xəstəxanalarında dərman və digər tibbi ləvazımatlar dövlət tərəfindən verildiyindən bahalaşma daha çox özəl klinikalarda hiss olunacaq.
Virtualaz.org saytı manatın devalvasiyasının özəl klinikalarda müayinə haqlarına necə təsir etdiyini araşdırmağa çalışıb. Məlum olub ki, devalvasiya “Modern Hospital” klinikasının xərclərinə  ciddi təsir edib.

Ancaq klinika müayinə və müalicə haqlarını hələlik artırmayıb. Klinikanın baş həkiminin müavini Təranə Hüseynovanın sözlərinə görə, hazırda müayinə və həkim qəbulunun qiymətində artım yoxdur: “Klinikalarda qiymətlər dəyişməyib, işçilər arasında ixtisarlar aparılmır. Lakin gələn il nə olacağı bəlli deyil. Digər klinikalar kimi “Modern Hospital” da alətləri, dərmanları, plyonkaları dollarla alır. Buna görə də manatın ucuzlaşması qiymətlərə təsir edir. Lakin müayinələrin qiymətində artım olub-olmayacağı gələn il bəlli olacaq”.
“Turan” klinikasından isə dedilər ki, hələlik müayinələrin qiymətində artım yoxdur: “Onsuz da xəstələrin maddi imkanları məhduddur. Qiymət artırılarsa müayinə və ya müalicəyə gələnlərin sayı azalacaq. Amma bahalaşma bizə də təsir edəcək”.
“Sity Hospital” klinikasının əməkdaşı bahalaşmanın klinikanın fəaliyyətinə təsir edib-etmədiyini söyləməkdə çətinlik çəkdi: “Hələlik qiymətlər dəyişməyib. Lakin bu barədə klinikanın rəhbəri Əlövsət Qocayev məlumat verə bilər”. Ə.Qocayevlə əlaqə saxlamaq mümkün olmadı.
“Vital” klinikadan isə manatın ucuzlaşmasının klinikanın fəaliyyətinə necə təsir etdiyi haqda suala istehza ilə cavab verdilər: “Lap əla”. Və telefonun dəstəyini asdılar, danışmaq istəmədilər.
“Oksigen” klinikasında da hələlik müayinələrin qiyməti artmayıb, lakin gələn ildən qiymətlərə yenidən baxıla bilər. “Diaqnoz” tibb müəssisəsi də gələn il qiymətlərə yenidən baxılacağını istisna etmir. Ancaq klinikalar qiymətləri hələ artırmadıqlarını bildirsələr də apardığımız araşdırmada az da olsa qiymətləri artırdığının şahidi olduq.
Məsələn, Mərkəzi Klinik Xəstəxanada daxili orqanların ultrasəs müayinəsinin qiyməti artırılıb. Həkim seçimindən asılı olaraq UZİ müayinəsinin qiyməti 50-65 manat arasında dəyişir. Xəstəxanadan qiymətin 5-10 manat artırıldığını etiraf ediblər.
“Diqnoz” klinikasında daxili orqanların müayinəsi 35 manatdır. Bura ginikologi orqanların müayinəsi də daxil edildikdə qiymət 50 manat olur. Ayrı-ayrı orqanların müayinəsi 20 manatdır. Halbuki bir neçə ay əvvəl UZİ müayinəsinin qiyməti 35-40 manat arasında idi. “Modern Qospital”ında da qiymətlər 35-50 manat arasında dəyişir. “Turan” klinikasında UZİ müayinəsi 30 manatdır.
arxiv.bizimxeber.az 


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə