Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Valyutadəyişmə məntəqələri Mərkəzi Bankın tələbini pozur – MONİTORİNQ
Valyutadəyişmə məntəqələri Mərkəzi Bankın tələbini pozur – MONİTORİNQ
26 Dekabr 2015 / 17:01 / Baxış sayı: 472
Font1 Font2 Font3 Font4

“Report” agentliyinin analitik qrupu Bakı şəhərinin mərkəzi hissəsində yerləşən valyutadəyişmə məntəqələrində nağd valyutanın alış-satış məzənnəsi üzrə növbəti monitorinqi keçirib. 

Monitorinqin nəticələrinə görə, dolların ən yaxşı alış məzənnəsi 1,57 AZN/USD, ən yaxşı satış məzənnəsi isə 1,560 AZN/USD olub. Bəzi valyutadəyişmə məntəqələrində isə hətta 1,562 AZN/USD manatla da dollar satışı həyata keçirilir.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, valyuta mübadilə məntəqələri alış-satış əməliyyatlarını maksimum 2%-lik marja ilə apara bilər. Yəni valyutanın müştərilərdən alış qiyməti rəsmi məzənnədən maksimum 2% az, satışında isə maksimum 2% çox ola bilər.

Nəzərə alsaq ki, manatın rəsmi məzənnəsi 1,5540 AZN/USD müəyyən edilib və müvafiq qanunvericiliyə görə, minimal alış dəyəri 1,5230 AZN/USD, maksimal satış dəyəri isə 1,5850 AZN/USD olmalıdır. Müşahidələr onu göstərib ki, bu gün bir çox valyutadəyişmə məntəqələri vaxtından tez bağlanıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə