Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

1375 dollara satılan tort dilimi
1375 dollara satılan tort dilimi
26 Dekabr 2015 / 17:20 / Baxış sayı: 1478
Font1 Font2 Font3 Font4

Şahzadə Diana və Çarlzın toy tortunun bir dilimi hərracda satılıb.

Kral ailəsinə məxsus toy tortunun dilimi hərracda böyük məbləğə satılıb. ANS PRESS-in xarici mətbuata istinadən yaydığı məlumata görə, ABŞ-da Uels şahzadəsi Dianaşahzadə Çarlzın 1981-ci ildə keçirilən toy mərasimi üçün hazırlanan tortun bir parçası 1375 dollara satılıb.

Tort diliminin saxlanıldığı qutunun üzərində gümüşü hərflərlə şahzadə Çarlzın və Diananın adlarının baş hərfləri, toyun tarixi və keçirildiyi yer – “CD/ Bukinhem sarayı/29 iyul 1981” yazısı həkk edilib.


Hərracda satılan tort dilimi

Hərracı qazanan Sem Heller öz fikirlərini belə ifadə edib: “Kolleksiyaçılar ötən əsrin ən məşhur tarixi toyunun bir parçasını almaq üçün böyük məbləğdə vəsait xərcləməyə hazırdırlar”.

Şirniyyatçı Devid Eyver tərəfindən hazırlanan və 34 il xüsusi şəraitdə saxlanılan meyvəli tort diliminin görünüşü isə çox yaxşı qiymətləndirilir. Keçmiş sahibinin sözlərinə görə, desertin xarici görünüşü dəbdəbəli tarixi toydan indiyə qədər keçən uzun illər ərzində heç dəyişməyib. Şahzadə UilyamKeyt Midltonun 2011-ci il aprelin 29-da baş tutan toylarındakı tort dilimi də hərraca çıxarılmışdı.

Desert 2013-cü ildə Kaliforniya ştatında keçirilən hərracda 4160 dollara satılmışdı. Hərracı qazananın kimliyi isə açıqlanmamışdı. Amma Uilyam və Keytin toyları üçün tortu hazırlayan qənnadı şirkətindən desertin hələ də yeməli vəziyyətdə olduğu bildirilmişdi.


Şahzadə Uilyam və Keyt Midltonun toyları üçün hazırlanan tort

Həmin biskvitli tortun tərkibinə isə kişmiş, qoz, albalı, limon, portağal və fransız konyakı qatılmışdı. Tort ümumilikdə 650 hissəyə bölünmüşdü.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə