Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda məşhur mağazada insan həyatı ilə oynayırlar – Fotolar
Bakıda məşhur mağazada insan həyatı ilə oynayırlar – Fotolar
27 Dekabr 2015 / 18:59 / Baxış sayı: 368
Font1 Font2 Font3 Font4

Bu gün axşam saatlarında Bakının məşhur ticarət mərkəzlərindən biri olan “28 Mall”da az qala bədbəxt hadisə baş verəcəkdi.

“Qafqazinfo”nun əməkdaşı da hadisənin şahidi olub. Belə ki, mərkəzin ikinci mərtəbəsində yerləşən “LC Waikiki” mağazasının tavanından bir parça müştərinin qarşısına düşüb. Müştərinin sözlərinə görə, qəzalı vəziyyət olması ilə bağlı ona əvvəlcədən hər hansı bir xəbərdarlıq olunmayıb: “Başımı azacıq qarşıya əysəydim, tavandan qopan parça düz başıma düşəcəkdi. Burada mən yox, hər hansı bir uşaq da ola bilərdi. Bədbəxt bir hadisə baş versə, kim cavabdeh olacaq?

Yerdə su var idi və vedrə, əski qoyulmuşdu. Deməli, bu vəziyyət birdən baş verməyib və mənə xəbərdarlıq edilməli idi. Mağazada şikayət etdim və məni mərkəzin rəsmi ofisinə yönləndirdilər. Ofisdə isə iş 18:00-da bitdiyindən heç kim olmadığı bildirildi. Məlumat mərkəzinə düşüb şikayətimi etdim”.

Məsələ ilə əlaqədar olaraq mərkəzin ictimai işlər üzrə meneceri Zülfüqar bəylə danışdıq. Menecerin sözlərinə görə, bu, onların yox, mağazanın günahıdır və məsələ tez bir zamanda araşdırılaraq həll olunacaq.

Bakıda məşhur mağazada insan həyatı ilə oynayırlar -  Fotolar
Bakıda məşhur mağazada insan həyatı ilə oynayırlar -  Fotolar
Bakıda məşhur mağazada insan həyatı ilə oynayırlar -  Fotolar



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə