Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ağstafada tender oyunları – ŞOK RƏQƏMLƏR
Ağstafada tender oyunları – ŞOK RƏQƏMLƏR
28 Dekabr 2015 / 12:02 / Baxış sayı: 542
Font1 Font2 Font3 Font4

Ağstafada məmur özbaşınalığı, dövlət büdcəsinin ən müxətlif vasitələrlə talanması artıq sübuta ehtiyacı olmayan faktlardır. Rayonda nələrin baş verdiyini əhali çox gözəl bilir. 

Əslində kənardan bircə baxışla da vəziyyətin nə yerdə olduğunu bilmək mümkündür. Rayona ayrılan büdcə vəsaitinin talanması üçün ən müxtəlif vasitələrdən istifadə edən rayon icra başçısının sınanılmış vasitələrindən biri də tender bazarlığıdır.

Məsələ burasındadır ki, Satınalmalar üzrə Dövlət Agentliyi ilə həyata keçirilən tenderlərdə “qalib” birmənalı olaraq icra başçısı və onun yaxın ətrafına məxsus şirkət, yaxud fiziki şəxslərdir. 2015-ci ildə keçirilən tenderlərin siyahısına nəzər yetirdikdə eyni adların təkrarlanması belə düşünməyə ciddi əsas verir.

Söhbət bu tenderlərdə “qalib” çıxarılmış şirkətlərə ayrılan vəsait və bu vəsaitin qarşılığında görülən işlərin bir-biri ilə adekvat olmamasından gedir.  Rayon mailiyə idarəsinin “razılığı” ilə həyata keçirilən və qaliblərin “elan edildiyi” tenderlərdən ayrılan vəsait pulun dövlət büdcəsindən çıxarılaraq ayrı-ayrı məmurların ciblərinə ötürülməsidir.

Siyahıdakı bir neçə MMC və ay fizik şəxslərə diqqət yetirək. Adı daha çox çəkilənlərdən biri “Turan- İnşaat” MMC-ddir.

Bu MMC 2015-ci ildə şağıdakı tenderlərin qalibi olub? Ağstafa Rayon İcra Hakimiyyəti bərk inventarlrın satın alınması – 9440 

Ağstafa İcra Hakimiyəti üçün avadanlıqların satın alınması- 5790

İnzibati binanın cari təmir işlərinin satın alınması –  9485

Ağstafa Rayon İcra Hakimiyyəti Tatlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən uşaq bağçasının əsaslı təmiri işlərinin satın alınması – 28632,52

Ağstafa Rayon İcra Hakimiyyəti Dağkəsəmən kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi Maşın və avadanlıqların satın alınması – 9970

Siyahıdakı daha bir “qalib” Tamerlan-R MMC-dir ki, bu şirkət də rayonun “həvalə olunduğu” şirkətlərdən biridir:

Ağstafa Rayon İcra Hakimiyyəti Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi yumşaq inventarların satın alınması – 10860

Səhiyyə Nazirliyi Ağstafa Rayon Mərkəzi Xəstəxanası digər maşın və avadanlıqların satın alınması – 52550

Ağstafa Rayon İcra Hakimiyyəti Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi dəftərxana və təsərrüfat mallarının satın alınması – 18660

Ağstafa Rayon İcra Hakimiyyəti Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi İdarənin saxlanması xərcləri üzrə satınalmalar – 6330

Siyahıdan belə çıxır ki, təkcə dəftərxana mallarına 19 min manata yaxın vəsait xərclənib. İcra hakimiyyətində bu qədər dəftər-qələmlə nə edildiyi maraqlıdır.

2015-ci il tenderlərin qalibləri sırasında fiziki şxəslər də az deyil. Onalrdan biri Abbasov Mehman Həsənəli oğludur ki, o daha çox mədəniyyət sahəsində işləyib:

Mədəniyyət və Turizm Nazirliyi Ağstafa Rayon Mədəniyyət və Turizm Şöbəsi Digər maşın və avadanlıqların satın alınması – 25150

Mədəniyyət və Turizm Nazirliyi Ağstafa Rayon Mədəniyyət və Turizm Şöbəsi  Digər maşın və avadanlıqların satın alınması – 25150

Digər fiziki şəxs Nəsibova Səadət İkram qızı 2015-ci il “tender qalibləri” sırasında adı tez-tez çəkilənlərdəndir:

Səhiyyə Nazirliyi Ağstafa Rayon Mərkəzi Xəstəxanası yumşaq inventarların satın alınması – 35200

Səhiyyə Nazirliyi Ağstafa Rayon Mərkəzi Xəstəxanası dəftərxana ləvazimatlarının satın alınması – 39369

Siyahıdan belə çıxır ki, rayon xəstəxanasına icra nümayəndəliyindən az qala 2 dəfə artıq dəftərxana malları alınıb. Görəsən, bir dəftəri necədən hesablayıblar? Ümumiyyətlə Ağstafadakı dəftərxana mallarına bu qədər maraq hardan qaynaqlanır?

Başqa bir fikziki şəxs- Mehtiyeva Zərifə Nəbi qızı da Ağstafanın mədəniyyət sahəsində “tenderlərin qalibidir”:

Mədəniyyət və Turizm Nazirliyi Ağstafa Rayon Mədəniyyət və Turizm Şöbəsi  əsaslı təmir işlərinin satın alınması – 28994

Mədəniyyət və Turizm Nazirliyi Ağstafa Rayon Mədəniyyət və Turizm Şöbəsi cari təmir işlərinin satın alınması – 46908

Mədəniyyət və Turizm Nazirliyi Ağstafa Rayon Mədəniyyət və Turizm Şöbəsi 26 adda təsərrüfat mallarının satın alınması – 7454

Mədəniyyət və Turizm Nazirliyi Ağstafa Rayon Mədəniyyət və Turizm Şöbəsi  dəftərxana ləvazimatlarının satın alınması – 13600.

Siyahıya diqqətlə baxın.  Mədəniyyət və Turizm Şöbəsi cari təmir işlərinin satın alınmasına 46 908, əsaslı təmir işlərinə isə bundan az qala 2 dəfə az -28 994 manat ayrılıb. Adətən əsaslı təmirin cari təmirdən daha baha olduğunu bilirdik. Ağsatafadakı “başbilənlərin” sayəsində cari təmirin əsaslı təmirdən 2 dəfə baha olduğunu da anlamış olduq. Belə yerdə deyiblər- Bu qədər də barıt qoyarlar?

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə