Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şəki rayonunda regional müşavirə keçirilmişdir
Şəki rayonunda regional müşavirə keçirilmişdir
17 Dekabr 2015 / 11:19 / Baxış sayı: 1318
Font1 Font2 Font3 Font4

Ötən gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Şəki rayonunda Xidmətinin yerli qurumlarının-rayon bitki mühafizəsi mərkəzlərinin, bitkilərin karantini məntəqələrinin əməkdaşlarının, bələdiyyələrin, icra nümayəndələrinin, torpaq mülkiyyətçilərinin və fermerlərin iştirakı ilə “Respublikanın mədəni əkinlərində inteqrir mühafizəsi sisteminin təkmilləşdirilməsi və fitosanitar tədbirlərin həyata keçirilməsinin vəziyyəti” nə dair IV regional müşavirə keçirilmişdir.Tədbiri giriş sözü ilə  Şəki şəhər icra hakimiyyəti başçısının  müavini- sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırma şöbəsinin müdiri Firon Əliyev açaraq keçirilən tədbirin bölgədə karantin və xüsusi təhlükəli zərərli orqanizmlərə  qarşı mübarizə tədbirlərinin çevikliyinin və səmərəliliyinin artırılmasında və məhsuldarlığının yüksəldilməsində əhəmiyyətli olduğunu vurğulamışdır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev bölgədə mövcud fitosanitar vəziyyəti ətraflı təhlil edərək aqrobiosenoza pestisid təzyiqinin azaldılması istiqamətində mövcud problemlərin həlli yollarını göstərdi. Daha sonra “Respublika ərazisində yovşanyarpaqlı ambroziyanın (Ambrosia artemisiifolia L.) yayılmasının qarşısının alınması və yayılma mənbələrinin məhv edilməsi üzrə məhdudlaşdırıcı və ləğvedici tədbirlər planını”nın  icra vəziyyəti barədə məlumat verdi.

Müşavirədə  “Dənli, taxıl bitkiləri əkinlərində inteqrir mübarizə tədbirləri”  və “Respublika ərazisində tikanlı quşüzümünün (Solanum  rostratum Dunal.) yayılmasının qarşısının alınması və yayılma mənbələrinin məhv edilməsi üzrə təcrid və ləğvedici tədbirlər planının icra vəziyyəti ” mövzularında məruzələr edilmiş və müvafiq müzakirələr aparılmışdır.

Müşavirə iştirakçılarına Dövlət Xidməti tərəfindən hazırlanmış payızlıq taxıl əkinlərində inteqrir mübarizənin texnoloji xəritəsi, daxili karantin obyektləri olan tikanlı quşüzümü və yovşanyarpaqlı ambroziya barədə bukletlər, eləcə də karantin orqanmizmlərin təcrid və ləğv edilməsinə dair milli fitosanitar fəaliyyət planları paylanılmışdır.

Sonda müşavirə iştirakçıları  Şəki-Zaqatala bölgəsində siçanabənzər gəmiricilərə və taxıl böcəyinə qarşı həyata keçirilən mübarizə tədbirlərinin gedişi ilə tanış olublar. Müşavirə iştirakçıları  və fermerlər kənd təsərrüfatının inkişafı istiqamətində fermerlərə göstərilən qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Kənd Təsərrüfatı Nazirliyinə öz minnətdarlıqlarını bildirmişlər.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə