Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Günəşli” neftçisinin meyiti ailəsinə verildi
“Günəşli” neftçisinin meyiti ailəsinə verildi
28 Dekabr 2015 / 12:07 / Baxış sayı: 1328
Font1 Font2 Font3 Font4

İman Qasımov bu gün Lökbatan qəbiristanlığında dəfn ediləcək. “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin – neftçi Qasımov İman Şura oğlunun cəsədi ailəsinə təhvil verilib. O, bu gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində dəfn olunacaq.

Bu barədə mərhumun oğlu İlham Qasımov məlumat verib. “Atamın cəsədini götürmüşük. Hazırda məsciddəyik. Atam Lökbatan qəbiristanlığında dəfn olunacaq. Dəfn mərasimi saat 12 radələrində olmalıdır”, – deyə neftçi İmanın oğlu vurğulayıb.

Qasımov İman Şura oğlunun cəsədi ötən gün Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib. Məlumat daxil olduqdan dərhal sonra cəsədin gətirilməsi üçün Türkmənistana yola düşən FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi geri qayıdıb və meyit Bakıya gətirilib.


Qasımov İman Şura oğlu – neftçi

Allah rəhmət eləsin!

Adıçəkilən neftçi faciə baş verən gün həyat yoldaşına yazdığı mesajla bütün ölkəni göz yaşlarına boğmuşdu. İman Qasımov qəzadan sonra yaşadığı fəlakətli anlarda xanımı Arzu ilə vidalaşıb, ondan “uşaqlara böyüklük etməyi” xahiş edib. Daha sonra isə heç bir suala cavab verməyib.

ANS-in efirində yayımlanan “Deməsək olmaz” verilişinə danışan Arzu Qasımova bildirib ki, Xəzərdə küləyin gücləndiyini görən neftçi yoldaşına şeir parçası da göndərib.

Dekabrın 4-də axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verib. SOCAR-dan verilən məlumata görə, yanğına səbəb güclü tufanın saat 17:40 radələrində yataqdakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarması olub.

Rəsmi məlumata görə, hadisə zamanı platformada 63 nəfər olub. Onlardan 8-nin meyiti tapılıb, 33 nəfər təxliyyə olunub, 22 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib.

Hazırda axtarışları davam etdirilən şəxslər isə bunlardır:

1 Qasımov Mübariz Dilqəm o. 21.01.1958
2 Rzaxanov Edik Rivazin o. 15.01.1983
3 Babazadə Tural Fətəli o. 01.09.1993
4 Quliyev Əzizağa Nöhbala o. 16.09.1953
5 Rəsulov Elşad Balaoğlan o. 24.03.1971
6 Qasımov Bayram Mirzəağa o. 20.03.1978
7 Abdullayev Adil Ələkbər o. 19,02,1953
8 Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954
9 Şirəliyev İzzət Qəmbər o. 10.05.1973
10 Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978
11 Niyazov Seyfəddin Abil o. 09.02.1968
12 İskəndərov İnqilab Osman o. 29.11.1957
13 Mayborda Oleq Akimoviç 21.11.1971
14 Əhmədov Çanbaxış Əhməd o. 21.02.1962
15 İbrahimov Xalid Bəşir o. 12.08.1971
16 Həsənov Zaur Vahid o. 24.12.1975
17 Cəriyev Vəli Kiçikağa o. 22.04.1967
18 Hüseynov Bəhlul Sirac o. 25.11.1969
19 Səmədov Xoşbəxt Xanış o. 26.09.1981
20 Xəlilov Zaur Arif o. 15.09.1975
21 Sahmarov Sahib Güloğlan o. 02.08.1973
22 Əliyev Əyyub Xəlil o. 22.07.1973



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə