Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bir daha ətin qiyməti haqda
Bir daha ətin qiyməti haqda
28 Dekabr 2015 / 12:29 / Baxış sayı: 1132
Font1 Font2 Font3 Font4

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçı Hüquqlarını Müdafiəsi Dövlət Xidməti ətin qiymətinin artıması barədə virtualaz.org saytında dərc edilən informasiya ilə bağlı ət məhsulları bazarında monitorinq aparıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev virtualaz.org saytınabildirib ki, kənd təsərrüfatı yarmarkalarında ətin qiyməti 5 manat 50 qəpikdən 6 manata qədər dəyişir. Digər pərakəndə satış məntəqələrində isə ətin və ət məhsullarının qiymətində artım qeydə alınmayıb.

“Lakin biz monitorinqlərimizi davam etdiririk. Süni qiymət artımı hallarının aşkarlanacağı təqdirdə müvafiq tədbirlər görüləcək” – deyə A.Əliyev bildirib.

Xatırladaq ki, virtualaz.org saytının müxbirinin Bakı sallaqxanalarında apardığı müşahidələr ətin bir kilosunun qiymətində orta hesabla 2 manat artım olduğunu göstərmişdi. Belə ki, satıcılar mal ətini indi 10 manata, qoyun ətinin isə 12 manata təklif ediblər. Manatın devalvasiyasından əvvəl mal ətinin bir kilosu qəssab dükanlarında 8, supermarketlərdə isə 9-11 manata olub. Sümüksüz ət bundan 1 manat baha idi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə