Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

«Limon» Çay Evinin zirzəmisində nə baş verir?
«Limon» Çay Evinin zirzəmisində nə baş verir?
28 Dekabr 2015 / 12:49 / Baxış sayı: 1064
Font1 Font2 Font3 Font4

Şəhərin mərkəzindəki əxlaqsızlıq yuvasına da Ələsgərin rəhbərlik etdiyi deyilir

Ötən günlərdə xəbər vermişdik ki, Bakıda son dövrlər əxlaqsızlıq yuvalarının sayı artıb. Əvəllər daha qapalı yerlərdə fəaliyyət göstərən belə məkanların artıq şəhid adını daşıyan küçələrə ayaq açması, polisin gözünün önündə belə işləməsi adi hala çevrilib.

JAM.AZ-ın ilkin araşdırmaları zamanı məlum olmuşdu ki, Nobel prospekti ilə şəhid Daşqın Cəfərov küçəsinin kəsişməsində, «Günəş» marketlə üz-üzə adsız «massaj salonu»nda əxlaqsızlıq yuvası yerləşir. İşin ən tərs tərəfi də o idi ki, həmin əxlaqsızlıq yuvası elə polis bölməsinə heç də uzaq fəaliyyət göstərmir.

Bununla əlaqədar apardığımız araşdırma zamanı o da məlum olmuşdu ki, həmin «priton»un başında Ələsgər adlı şəxs dayanır. Hətta o da bildirilirdi ki, bu, Ələsgərin yeganə «obyekti» deyil, bundan başqa şəhərin mərkəzində də bir neçə bu qəbildən olan «qazanc yeri» var.

JAM.AZ-ın araşdırmaları nəticəsində məlum olub ki, Ələsgərin «krişalıq» etdiyi daha bir əxlaqsızlıq yuvası şəhərin düz mərkəzində yerləşir. Belə ki, Süleyman Rəhimov küçəsi ilə Süleyman Rüstəm küçəsinin kəsişməsində yerləşən «Limon» çay evinin zirzəmsində «priton» fəaliyyət göstərir. Orada mütəmadi olaraq oturan Emin adlı şəxsin vəzifəsi pulları yığmaqdan ibarətdir. Əsas fiqur isə Ələsgər adlı şəxsdir ki, onun «missiyası» daha böyükdür.

Belə ki, polisdən tutmuş, qapıya gəlib «təhlükə» yarada biləcək hər bir şeyi önləmək, haqqını çatdırmaq onluqdur.

Maraqlıdır ki, «Limon» çay evinin zirzəmisində fəaliyyət göstərən əxlaqsızlıq yuvası ilə 22-ci Polis Bölməsinin arasındakı məsafə heç 100-150 metr olmaz. Şəhərin o biri başında cibgiri tapıb, həbs edən bu bölmənin əməkdaşlarının «qulaqlarının dibində»ki «priton»u görməmələri qətiyyən başa düşülən deyil.

Görünür, polis ya Ələsgər adlı «Papa Roza»dan qorxur, ya da ortada başqa məqamlar var. Elə İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin dağın başında əxlaqsızlıq yuvası aşkarlaya bildiyi halda, şəhərin mərkəzindən xəbərsiz olması da müəmmalıdır.

Məsələ ilə bağlı araşdırmamız davam edir.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə