Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Eldar Mahmudovun oğlu ölkəni tərk etdi
Eldar Mahmudovun oğlu ölkəni tərk etdi
28 Dekabr 2015 / 13:57 / Baxış sayı: 460
Font1 Font2 Font3 Font4

Eldar Mahmudov tutduğu postdan çıxarılandan sonra özünün da tezliklə həbs olunacağı haqda xəbərlər yayılmışdı. Sonradan isə məlum oldu ki, vəzifəsini itirəndən bir neçə gün sonraya qədər o, Badamdardakı dəbdəbəli villasında nəzarət altında saxlanıb, oradan isə artıq ləğv olunmuş MTN sanatoriyasına aparılaraq daha etibarlı şəkildə nəzarət olunması təmin edilib. E.Mahmudovun hazırda da orada olduğu bildirilir. Qeyd olunur ki, tutduğu postdan çıxarılandan sonra ürək krizi keçirən sabiq naziri elə oradaca dindirir, sorğu-sual edirlər.

E.Mahmudov vəzifəsini itirəndən sonra onun vəzifədə olan qohum-qardaşı da işdən çıxarılıb, onların ölkədən çıxışlarına “stop” qoyulub. Ölkədən çıxışına “stop” qoyulanlar sırasında nazirin oğlu Anar Mahmudov da olub.

“Caspian Crystal” holdinq İdarə Heyətinin sədri olan Anar Mahmudovun bir neçə gün əvvəl ölkədən çıxışına qoyulmuş “stop” götürülüb. Bundan sonra A.Mahmudov ölkədən gedib. /Yeni Müsavat/

Ehtimal olunur ki, E.Mahmudov oğlu A.Mahmudova vəkalətnamə verərək xaricdəki bank hesablarına yatırdılan pulların çıxarılmasını və ölkəyə qaytarılmasını tapşırıb… 

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə