Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Xədicə İsmayıldan təzə xəbər var
Xədicə İsmayıldan təzə xəbər var
28 Dekabr 2015 / 15:31 / Baxış sayı: 346
Font1 Font2 Font3 Font4

Vəkil Fəxrəddin Mehdiyev “Azadlıq” radiosunun həbsdə olan əməkdaşı Xədicə İsmayılla görüşüb. Bu barədə “Report”a vəkil özü məlumat verib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə görüşlə bağlı etdiyi müraciətə müsbət cavab aldıqdan sonra X.İsmayılla görüşüb: “Biz Xədicə İsmayılla görüşdə Ali Məhkəməyə hazırladığımız kassasiya şikayətinin detallarını müzakirə etdik. 2016-cı ilin yanvar ayının əvvəlində şikayəti Ali Məhkəməyə təqdim edəcəyik”.

Vəkil bildirib ki, X.İsmayılın saxlanma şəraitindən narazılığı və səhhəti ilə bağlı problemi yoxdur.

Qeyd edək ki, ötən ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apelyasiya şikayəti verib. Şikayət təmin edilməyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə