Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Erməni xakerlərin Milli Məclisin saytına hücumunun qarşısı alınıb
Erməni xakerlərin Milli Məclisin saytına hücumunun qarşısı alınıb
28 Dekabr 2015 / 17:03 / Baxış sayı: 166
Font1 Font2 Font3 Font4

Milli Məclisdən dekabrın 27-də  Ermənistanın bəzi kütləvi informasiya vasitələrində “Armenian Cyber Army” xaker qrupu tərəfindən Azərbaycan Milli Məclisinin saytının sındırıldığı barədə yayılan informasiyalara dair açıqlama gəlib.

Milli Məclisin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yayılan informasiyalar həqiqətə uyğun deyil.

Məlumatda bildirilir ki, əslində  həmin gün Ermənistan xakerləri tərəfindən Milli Məclisin saytına qarşı edilmiş müxtəlif pozuculuq məqsədli cəhdlər nəticə verməyib, sistemə heç bir zərər vura bilməyiblər. Bu hücumlar zamanı sistemdə çalışan mühafizə proqramı işə düşərək, sayta girişi mühafizə məqsədi ilə qısa müddətdə  məhdudlaşdırmış və sonradan sistem administratoru tərəfindən bərpa edilmişdi.

Məlumatda o da qeyd edilib ki, Milli Məclis saytının həm inzibati, həm də texniki imkanları bu cür hücumların vaxtında qarşını almağa imkan verir. Saytın qoruyucu sistemləri bu cür məkrli cəhdləri neytrallaşdırmağa qadirdir. Belə hərəkətlərlə Milli Məclis saytının fəaliyyətinə hər-hansı bir təsir göstərmək qeyri-mümkündür.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə