Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Təcili: Rauf Mirqədirova hökm oxundu – 6 il
Təcili: Rauf Mirqədirova hökm oxundu – 6 il
28 Dekabr 2015 / 17:21 / Baxış sayı: 228
Font1 Font2 Font3 Font4

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesə hakim Əlisultan Osmanov sədrlik edib.

Qapalı keçirilən prosesdə hökm oxunub. Hökmə görə, R.Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R.Mirqədirov 2014-cü il, aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. R.Mirqədirov Azərbaycanın suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkilllər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.

Ötən il aprelin 19-da saxlanılan R.Mirqədirov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

Jurnalistlə bağlı istintaq Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılıb. R.Mirqədirov isə ittihamları rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə