Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ADNA-dakı terrorla bağlı Akif Çovdarov danışmalıdır
ADNA-dakı terrorla bağlı Akif Çovdarov danışmalıdır
28 Dekabr 2015 / 17:34 / Baxış sayı: 828
Font1 Font2 Font3 Font4

“MTN generalları”nı  göz bəbəyi kimi qorumalıyıq

Nə qədər  ağır  olsa da etiraf etməliyik ki, şərti olaraq “MTN işi”  adlandırılan məsələ Azərbaycan dövləti və cəmiyyəti  üçün ən azı  rüsvayçılıqdır. Bunun başqa bir adı  yoxdur. Millətin və dövlətin təhlükəsizliyinə  məsul olan dövlət qurumu illər uzunu öz rəhbəri  Eldar Mahmudovun başçılığı altında dövlət səviyyəsində reketçiliklə,

iş adamlarına işgəncə verməklə, quldurluqla  və s. məşğul olub. Bütün bunlardan dövləti idarə edən şəxslərin, hüquq mühafizə orqanlarının xəbəri olub-olmayıb sualını hələlik  bir kənara qoyaq. Nə qədər  rüsvayçılıq olsa da “MTN işi” artıq baş verib və bunu bütün ölkə bilir. Sadəcə, bundan düzgün  nəticə çıxartmaqdan söhbət gedə bilər.

“MTN işi” ilə bağlı  xeyli sayda dövlət məmurları, generallar, nazir müavinləri həbs olunub. Mətbuatda gedən rəsmi xəbərlərdən bəlli olur ki, hazırda istintaq prosesi gedir və növbəti  ildə  həbslər  davam edəcək.

Ancaq  “MTN işi”ndə əsas fiqurlardan biri  MTN-nin Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev təcridxanada  intihar edib və digərlərinin də intihar  etməyəcəyinə heç kim zəmanət verə bilməz. Daha doğrusu, həmin şəxslər  intihardan sığortalanmayıb.

Hiss olunan odur ki, istintaqın obyektiv və sonadək aparılmasında çoxları maraqlı deyil. Hətta vəziyyət o dərəcədə  biabırçıdır ki, tanınmış  media kapitanı hörmətli  Eynulla Fətullayev  “MTN işi”nin  başçısı  sabiq nazir  Eldar  Mahmudovu intihara çağırır: “ Eldar Mahmudov, sən də özünə bir güllə çax, qurtul bu rüsvayçılıqdan!!! Adam kişi olar!!!”.

Axı, Eynulla Fətullayev sıradan biri deyil ki, hirslənib, özündən çıxıb emosional tərzdə belə status yaza. Deməli, ortada sifariş, yaxud nəsə var…

Mən  hətta  hörmətli  Fətullayevin  sifarişlə yazmasının da əleyhinə deyiləm. Unutmayaq ki, Nizami Gəncəvi də  sifarişlə  dünyaya şedevrlər bəxş edib. Amma  sifarişi də belə  primitiv tərzdə yerinə yetirmək olmaz axı…

Və ən əsası  normal cəmiyyətdə kimisə  intihara səsləmək, adamı sui-qəsdə təhrik etmək ciddi əks səda doğura bilərdi. Təəssüf ki, bizdə belə olmadı. Deməli, “MTN işi” yenidən təkrar oluna bilər və belə olan halda biz bir dövlət və cəmiyyət olaraq bu lənətlənmiş dairədən çıxa bilməyəcəyik.

Nə qədər gec deyil, biz  “MTN işi”nin obyektiv aparılması üçün çalışmalıyıq. Qoy  hər kəs öz günahına və əməlinə görə  cavab versin. Və son 10-15 ildə qaranlıq qalan məsələlər açılsın.

…Yeri gəlmişkən, mən bu günlərdə  30 aprel 2009-cu ildə baş vermiş Neft Akademiyası terroru ilə bağlı mətbuatda gedən yazılara nəzər saldım.

Məlumdur ki, həmin terror hadisəsində  13 nəfər vətəndaşımız həlak oldu və 13 nəfər yaralandı. Bu boyda  terroru  dövlət  rəsmlərinin dili ilə   mətbuatımız  “qanlı hadisə…faciə…təsadüf..” adlandırdı. Hətta  məhkəmə materaillarında terrorçu Fərda Qədirovun guya  “ sevdiyi qızla evlənməsinə valideynlərinin icazə verməməsi səbəbindən aqressiv olduğu”  və cinayət törətdiyi də qeyd olunur.

Bax Azərbaycanın hüquq mühafizə orqanları bu gündədir. Mən  yoğurub-yapıb hər şeyi  MTN-in və onun generallarının üzərinə yıxmağı da  düzgün hesab etmirəm. Ancaq vaxtilə  Baş prokurorluğun və Ali Məhkəmənin  qorxub-çəkindiyi  MTN  artıq ləğv olunub. Deməli, ortada həqiqi siyasi iradə və sağlam niyyət olsa istintaqı  obyektiv aparmaq mümkündür. Məncə, Fərda Qədirovla, ümumiyətlə, Neft Akademiyasında baş verən terrorla bağlı  Akif Çovdarov  çox şey deyə bilər… Elə bilirəm Akif Çovdarovu, digər MTN generallarını və Eldar Mahmudovu  göz bəbəyi  kimi qorumalıyıq.

Bu bizim dövlətimizin gələcəyi üçün çox vacibdir.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə