Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ramiz Mehdiyevin məqaləsini kim silib?
Ramiz Mehdiyevin məqaləsini kim silib?
29 Dekabr 2015 / 10:52 / Baxış sayı: 248
Font1 Font2 Font3 Font4

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İctimai və humanitar zaman” sərlövhəli məqaləsi ölkənin bütün informasiya resurslarından silinib. Həmin məqalə 2009-cu il, dekabrın 8-də hökumət qəzeti “Azərbaycan”da dərc olunmuşdu.

R.Mehdiyevin məqaləsində ümummilli lider Heydər Əliyevin hələ 1970-ci illərdə iqtisadçı-alimlərdən birini çox sərt tənqid etməsindən bəhs olunurdu. Həmin alimin adı məqalədə çəkilmirdi.

Məqalənin həmin hissəsini təqdim edirik: “Hələ 1970-80-ci illərdə ulu öndər Heydər Əliyev respublikamızda ictimai elmlərin nümayəndələrini Azərbaycan reallıqlarına xüsusi həssaslıqla yanaşmağa çağırmış, onların tədqiqatlarına tənqidi yanaşaraq nəzər-diqqətlərini dəfələrlə belə bir məsələyə yönəltmiş və tələb etmişdi ki, ictimai elmlər öz gücünü məhz gerçəkliyin obyektiv təhlilindən almalıdır. O zamankı inkişaf meyllərini və mövcud vəziyyətin təhlilini mücərrəd nəzəriyyəçiliklə əvəz edərək iqtisadi artım tempinin sürətləndirilməsi baxımından respublikanın təcrübəsini ümumiləşdirməyə çalışan tanınmış iqtisadçı alimin kitabını Heydər Əliyevin necə kəskin tənqid etdiyini xatırlamaq yerinə düşərdi. Həmin alim köhnəlmiş iqtisadi göstəricilərdən istifadə etdiyinə görə Azərbaycanın 1970-ci illərdəki təsərrüfat-iqtisadi həyatı üçün səciyyəvi olan yüksək əmək ritminin həqiqi mənzərəsini canlandıra bilməmişdi”.

“Azadlıq” qəzeti öz mənbələrinə istinadən yazır ki, R.Mehdiyevin həmin məqaləsində söhbət sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun atası, akademik Əhməd Mahmudovdan gedir. Qəzet R.Mehdiyevin məqaləsinin yoxa çıxmasını E.Mahmudovla bağlayaraq yazır ki, sabiq nazir həmin məqalənin bütün resurslardan silinməsi və ya gizlədilməsi üçün mümkün olan hər şeyi edib.

E.Mahmudovun hədd-hüdud tanımayan bu cinayəti və amansızlığı doğrudan da heyrətamizdir. Bir nazir hakimiyyətin əsas ideoloji aparatının rəhbərinin yazısını senzuraya məruz qoymağa necə cürət edə bilərdi? Açıq-aşkar görünür ki, burada söhbət sabiq nazirin öz qulluq mövqeyindən sui-istifadə etməsindən və İlham Əliyev hakimiyyətinin əsas ideoloji aparat rəhbərinin yazısının kobud şəkildə saxtalaşdırılmasından gedir. Fakt ortadadır. Eldar Mahmudov daha hansı cinayətləri törədib?

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə