Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İranın 11.3 ton zənginləşdirilmiş uranı Azərbaycanın da dəstəyi ilə Rusiyaya daşındı
İranın 11.3 ton zənginləşdirilmiş uranı Azərbaycanın da dəstəyi ilə Rusiyaya daşındı
29 Dekabr 2015 / 11:26 / Baxış sayı: 170
Font1 Font2 Font3 Font4

Tehranla “altılar” qrupu ölkələri arasında əldə edilmiş nüvə razılaşmasının şərtinə əsasən ötən gün dekabrın 28-də İranın 11.3 ton aşağı faizli zənginləşdirilmiş uranı Rusiyaya aparılıb.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Con Kerrinin bəyanatında bildirilir.

“Mən bunu bildirməkdən şadam ki, İranın üzərinə götürdüyü mühüm öhdəliklərdən birinin yerinə yetirilməsi istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunub. İranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istiqamətində ən əhəmiyyətli addımlarından biri bu gün atılıb. İranın 11.3 ton zənginləşdirilmiş uranı gəmi ilə Rusiyaya daşınıb”-Con Kerri bildirib.

Con Kerrinin sözlərinə görə, İranın bu nüvə materialından imtina etməsi Tehranın nüvə silahı əldə etməsini təxirə salacaq. ABŞ dövlət katibi deyib ki, zənginləşdirilmiş uranın daşınması bir sıra kommersiya tranzaksiyaları və bir çox ölkələrin iştirakı ilə mümkün olub. İranla nüvə razılaşmasının iştirkçısı olan və bu ölkənin nüvə materiallarını öz ərazisində saxlamağı üzərinə götürən ölkə kimi Rusiya bu prosesdə mühüm rol oynayıb. Rusiya İranın zənginləşdirilmiş uranını öz ərazisinə daşıyaraq əvəzində bu ölkəyə təbii uran xammalı verib.

ABŞ dövlət katibi İranın zənginləşdirilmiş uranının Xəzər dənizi üzərindən Rusiyaya daşınmasında Qazaxıstan və Azərbaycanın da rolu olduğunu deyib. Kerrinin bildirdiyinə görə, Qazaxıstanın prosesdə rolu İrana müəyyən həcmdə təbii uran verməkdən ibarət idi. Habelə Qazaxıstan “altılar”la İran arasında danışıqların ilkin mərhələsində iştirak edib. “Mən bu gün Qazaxıstan XİN-in rəhbəri Erlan İdrisovla danışdım və bütün bu səylərə görə ona minnətdarlıq etdim. Azərbaycan da bu yükün Rusiyaya çatdırılmasında rol oynayıb”-Con Kerri bildirib.

Virtualaz.org

*    *    * 10:08

İran tərəfindən istehsal olunan uranın Rusiyaya göndərilməsi nüvə razılaşmasının şərtlərinin yerinə yetirilməsi baxımından mühüm addımdır.

APA-nın məlumata görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib.

Onun sözlərinə görə, artıq göyərtəsində 11 ton aşağı səviyyədə zənginləşdirilmiş uran olan gəmi İrandan Rusiyaya yola düşüb.

ABŞ dövlət katibi bir neçə ölkənin bu prosesdə vacib rol oynadığını vurğulayıb: “Müştərək hərəkət planı haqqında razılaşmaya dair danışıqlarda Qazaxıstanın iştirakı mühüm oldu”, deyə C.Kerri bildirib. O həmçinin bu prosesdə Azərbaycanın əhəmiyyətli rolunu qeyd edib.

Qeyd edək ki, hər il 300 kq yaxın əlavə zənginləşdirilmiş uran istehsal edən İran ondan istifadə edə bilməz. Bu səbəbdən, İran Rusiya daxil olmaqla digər ölkələrə uranın satışına dair danışıqlar aparır.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə