Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Talıbov modeli” bankları risk qarşısında qoyur – Çıxış yolu nədir?
“Talıbov modeli” bankları risk qarşısında qoyur – Çıxış yolu nədir?
29 Dekabr 2015 / 11:38 / Baxış sayı: 198
Font1 Font2 Font3 Font4

“Mərkəzi Bank belə bir sistemi tətbiq etdiyi halda 2016-ci ildə bəzi həssas banklar müflis olacaq”.

Bunu AzNews.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun banklara kreditlərin manatın əvvəlki məzənnəsi (1 dollar-1.05 manatla) ilə ödənilməsi barədə verdiyi qərarına münasibət bildirərkən deyib.

Ekspert bildirib ki, Mərkəzi Bank Naxçıvanda qəbul edilən qərarı burada he, cwr həyata keçirə bilməz. Onun fikrincə, vəziyyətdən çıxış yolu kompensasiya sisteminin həyata keçirməsidir:“Əgər bu sistem tətbiq edilməzsə, bankların vəziyyəti daha da pisləşəcək. Kompensasiya mexanizminin tətbiq edilməsi zamanı kreditin 1,05 qəpik olan hissəsi vətəndaş tərəfindən ödənilir. Digər 50 qəpiklik hissəsi isə Mərkəzi Bank tərəfindən banka ödənilir. Əslində bu zaman bank öz vəsaitini alır. Amma banka verilən vəsaitin bir hissəsini Mərkəzi Bank kompensasiya edir. Bu metod Qazaxıstanda da tətbiq edilir. Bu mexanizm tətbiq edilməklə vətəndaşların xarici valyuta ilə götürdükləri kreditin ödənilməsi təşkil edilir. Bu zaman vətəndaş kreditin 1,05 məzənnəsini ödəyir. Qalan 50 qəpik hissəsini isə Mərkəzi Bank kompensasiya formasında bankalara ödəyir”.

Vüqar Bayramov qeyd edib ki, 2016-ci ildə bankların çökməməsi üçün bu sistemin tətbiq olunması çox vacibdir: “Əks halda vətəndaşların böyük bir qismi krediti qaytara bilməyəcək. Məsələn, bu ilin əvvəlində 10 min dollar kredit götürən şəxsin ödənişi manatla 7 min 800 manat idi. Hazırda isə 10 min dollar 16 min manatdır. Əsas məbləğ iki dəfə artıb. Bunun üzərinə faizləri gəlsək, bu o deməkdir ki, 10 min dollar kredit götürən şəxsin manat ifadəsində borcu 3 dəfəyə yaxın artıb. Əmək haqları da manatladır. Bu baxımdan vətəndaş krediti ödəyə bilmir. Bu zaman banklarda çökəcək. Hər iki halın yaşanmaması üçün kompensasiyanın tətbiq edilməsinə ehtiyac var”.

Ekspert vurğulayıb ki, vətəndaş kompensasiyadan istifadə etməklə dollarla olan kreditlərini ödəyə biləcək: “Birmənalı şəkildə bu mexanizmin tətbiq edilməsini təklif edirik. Hazırda kredit 18 milyard manatdır. Onun 7 milyard doları dollar olan kreditlərindir. 50 faiz devalvasiyanı nəzərə alsaq Mərkəzi Bank üçün 3, 5 milyard vəsait lazımdır ki, kompensasiyanı həyata keçirə bilsin. Mərkəzi Bankın son devalvasiyadan sonra konversasiya nəticəsində qənaəti 3 milyarddır. Deməli, Mərkəzi Bank bu işi həyata keçirə bilər və keçirtməlidir. Çünki bu vətəndaşların ödənişlərində ciddi problemlər yaradacaq. Həmçinin 2016-ci ildə həssas bankların müflis olmasına gətirib çıxaracaq”.



“Talıbov modeli” bankları risk qarşısında qoyur – Çıxış yolu nədir? yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə