Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyev Xətai rayonuna getdi
İlham Əliyev Xətai rayonuna getdi
29 Dekabr 2015 / 14:36 / Baxış sayı: 886
Font1 Font2 Font3 Font4

Hacıbala Abutalıbov prezidentə hesabat verdi. Bu gün prezidenti İlham Əliyev Bakının Xətai rayonundakı Ramiz Quliyev, Rahib Məmmədov, Xudu Məmmədov, Aşıq Ələsgər küçələrinin və Gəncə prospektinin yenidən qurulması və əsaslı təmir işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov buradakı küçələrin və Gəncə prospektinin əsaslı təmiri və yenidənqurma planı əsasında görülən işlərlə bağlı prezident İlham Əliyevə məlumat verib.

Qeyd edildi ki, dövlətimizin başçısının müvafiq sərəncamlarına uyğun olaraq Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi, qəsəbədaxili və məhəllələrarası küçələrin abadlaşdırılması istiqamətində paytaxtın müxtəlif rayonlarında tədbirlər davam etdirilir. Əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq paytaxtın digər rayonlarında olduğu kimi, Xətai rayonu ərazisindəki küçələrdə də abadlıq və quruculuq işləri aparılır, əhalinin rahatlığının təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür.

Xətai rayonundakı 5,5 kilometr uzunluğu olan yolda da əsaslı təmir və yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə aparılıb, ümumilikdə 131 min kvadratmetrdən çox əraziyə asfalt örtüyü döşənib. Yolların kənarında abadlıq işləri görülüb, 18 min metrdən çox qranit səki daşları və yol boyu kommunikasiya lüklərinin qapaqları dəyişdirilib. İki min kvadratmetrə yaxın səki yenidən qurulub, yeni asfalt örtüyü salınıb. Yol zolaqlarına 2 min 743 kvadratmetr tamet tavalar döşənib.

Əsaslı təmir olunmuş və yenidən qurulmuş yollar müasir standartlara uyğun işıqlandırma sistemi ilə təchiz edilib, 193 yeni işıq dirəyi quraşdırılıb. Bütün kommunikasiya xətləri yerin altı ilə çəkilib, ətraf ərazilərdə yaşıllıq zolaqları salınıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə