Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kreditlərlə bağlı qərar qəbul ediləcək – Spiker
Kreditlərlə bağlı qərar qəbul ediləcək – Spiker
29 Dekabr 2015 / 14:42 / Baxış sayı: 920
Font1 Font2 Font3 Font4

“Bayramda ajiotajın yaranmasının qarşısı alınmalıdır. Çünki daha sonra “qara bazar”dakı qiymətlər valyutadəyişmə məntəqələrinə transfer ola bilər”. 

AzVision.az xəbər verir ki, bunu parlamentin son iclasında millət vəkili Əli Məsimli deyib. “Çətinliklər bölüşdürülməldir. Ya köhnə məzənnə ilə razılaşmaq, ya restruktizasiya – uyğun variantlar seçilməlidir.

Monitorinqlər genişləndirilməlidir, təbii qiymət artımı olmalıdır. Süni qiymət artımının qarşısı alınmalıdır. Təbii qiymət artımını da qarşılamaq üçün əmək haqları və pensiyalar indeksləşdirilməli, artırılmalıdır. Orta və kiçik sahibkarlıq, qeyri-neft sektoru inkişaf etdikcə manat sabitləşməyə gedəcək”.

Ə.Məsimli vurğulayıb ki, hökumət dünya bazarında neftin 1 barelinin 25-30 dollara qədər enməsi ehtimalına hazır olmalı, Mərkəzi Bankla bunun üçün iş görməlidir. Spiker Oqtay Əsədov isə bildirib ki, bu məsələ hazırda araşdırılır və yaxın bir ay ərzində bununla bağlı tədbirlər planı açıqlanacaq: “Azərbaycan xalqı bu tədbirlərin nəticəsini çox yaxşı hiss edəcək”.

O. Əsədov bankların kreditlə bağlı probleminə də toxunub: “Bu məsələ planlı şəkildə həyata keçirməlidir. 5 və ya 10 min dollara qədər kreditlərlə bağlı qərar qəbul ediləcək”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə