Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dövlət Fitosanitar Nəzarəti Xidməti sorğuya cavab verdi
Dövlət Fitosanitar Nəzarəti Xidməti sorğuya cavab verdi
29 Dekabr 2015 / 17:30 / Baxış sayı: 1678
Font1 Font2 Font3 Font4

arxiv.bizimxeber.az-ın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi cənab Camal Quliyevə ünvanladığı sorğuya cavab verilib. Redaksiyanın elektron ünvanına göndərilən cavabı olduğu kimi oxucuların diqqətinə çatdırırıq.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin tarixində ilk dəfə olaraq 2014-cü ildə Xidmətin Respublika Bitki Mühafizəsi Mərkəzi (rəis Camal Quliyev) tərəfindən Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasının 9 saylı standartının tələblərinə uyğun hazırlanmış “Respublika ərazisində Yovşanyarpaqlı ambroziyanın (Ambrosia artemisifolia) yayılmasının qarşısının alınması və yayılma arealının məhv edilməsi üçün məhdudlaşdırıcı və ləğvedici tətbirlər üzrə milli fitosanitar nəzarət planı” Şəki-Zaqatala bölgəsi üzrə tətbiq edilməyə başlanıldı.

Bu məqsədlə 09 aprel 2014-cü il tarixdə Şəki rayonunda I regional müşavirə keçirildi. Məqsəd Azərbaycanda ilk dəfə 1962-ci ildə Balakən rayonu ərazisində müşahidə olunan, çox təəssüf ki, aidiyyəti strukturlar tərəfindən ona qarşı müvafiq tədbirlər keçirilməyən, sonralar Balakən, Zaqatala, Qax və Şəki rayonlarının ərazisində geniş yayılan və ətraf rayonlara keçmə təhlükəsi olan karantin əhəmiyyətli alaq otu Yovşanyarpaqlı ambroziyanın yayılma mənbələrinin təcrid və ləğv edilməsi üzrə milli fəaliyyət planının əlaqədar təşkilatlar və fermerlərə təqdimatı və planın icrasına başlanılması olmuşdur.

Əsas məqsəd Balakən və Zaqatala rayonlarında Yovşanyarpaqlı ambroziyanın populyasiyasının minimum səviyəyə endirilməsi, Respublika ərazisində növbəti yayılmaların qarşısının alınması, Qax və Şəki rayonlarında ambroziyanın yayılma ocaqlarının tamamilə ləğv edilməsi, kənd təsərrüfatı bitkilərinin əkinlərinə və insan sağlamlığına ambroziyanın zərəli təsirinin minumuma endirilməsi, bitkiçilik məhsullarının istehsalının artırılması, davamlı aqrobiosenozların yardılması və bölgədə fitosanitar sabitliyin təmin edilməsi olmuşdur.

Planın uğurla tətbiqi bu istiqamətdə fəaliyyətin genişləndirilməsinə və ardıcıl olaraq karantin tətbiq edilən zərərli orqanizimlər (kartof güvəsi, Amerika ağ kəpənəyi, tikanlı quşüzümü) üzrə milli fəaliyyət planlarının işlənib hazırlanması və tətbiqinə rəvac verdi. Bu məqsədlə 11 aprel 2014-cü il tarixdə İmişli, 22 may 2014-cü il tarixdə Tovuz, 10 iyul 2014-cü il tarixdə Ağcəbədi, 22 sentiyabr 2014- cü il tarixdə Qax, 24-25 dekabr 2014- cü il tarixlərində Quba rayonlarında regional müşavirələr və elmi praktik seminarlar keçirildi.

2015-ci ilin Azərbaycan Respublikasında “Kənd Təsərrüfatı ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2015-ci il tarixli 1160 nömrəli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 2.16-cı “İnsan sağlamlığının, flora və faunanın qorunması məqsədi ilə bütün mübarizə üsullarını (aqrotexniki, mexaniki, fiziki, kimyəvi, karantin) özündə birləşdirən inteqrir mübarizə tədbirləri sistemlərinin hazırlanması və tətbiq edilməsi” maddəsinin icrasını təmin etmək məqsədi ilə Şəki-Zaqatala bölgəsində dənli taxıl bitkiləri əkinlərində, Gəncə-Qazax bölgəsində üzüm bağlarında və kartof sahələrində inteqrir mübarizə tədbirlərinin texnoloji xəritələri hazırlanmış, Şəki və Gəncə şəhərlərində keçirilən regional müşavirələrdə Kənd Təsərrüfatı Nazirliyinin yerli qurumlarının, alim və mütəxəssislərin, bələdiyyələrin, icra nümayəndələrinin, torpaq mülkiyyətçilərinin və fermerlərin iştirakı ilə geniş müzakirə olunmuş, müşavirə iştirakçılarına inteqrir mübarizə tədbirlərinin texnoloji xəritələri paylanılmışdır. Xidmətin mütəxəssisləri tərəfindən bu istiqamətdə fermer və torpaq mülkiyyətçilərinin maarifləndirilməsi məqsədi ilə çoxsaylı görüşlər keçirilmişdir.

Şəki-Zaqatala iqtisadi rayonu Respublikamızın əsas əkinçilik zonalarından biridir və bölgədə 2015-ci ildə həyata keçirilən əkinin 50%-dən çoxu Şəki rayonunun payına düşür, əsasən dəmyə əkinlər aparıldığı üçün xüsusi təhlükəli orqanizm hesab edilən taxıl böcəyi minlərlə hektar əraziyə sirayətlənir, bölgə fermerləri əkinçilik mədəniyyətinə malikdirlər və mütərəqqi texnologiyaların tətbiqində maraqlıdırlar.

2013-cü ildə bölgədə karantin və xüsusi təhlükəli növlərə qarşı aparılan mübarizə tədbirlərinin 38,7%-i, 2014-ci ildə 35,5%-i, 2015-ci ildə isə 63%-i Şəki rayonunun payına düşür. Bölgədə Dövlət Xidmətinin mütəxəssislərinin fermer və torpaq mülkiyyətçiləri ilə əlaqələrinin genişləndirilməsi nəticəsində karantin və xüsusi təhlükəli zərəli orqanizimlərə qarşı aparılan mübarizə tədbirlərinin həcmi 2014-cü ildə 2013- cü ilə nisbətən 3,6 dəfə, 2015-ci ildə 2013-cü ilə nisbətən 7,8 dəfə, 2014-ci ilə nisbətən isə 2,1 dəfə artıb.

Son iki ildə Respublika ərazisində karantin növlərin yayılmasının qarşısının alınması və yayılma mənbələrinin məhv edilməsi üzrə milli fəaliyyət planlarının həyata keçirilməsi və maarifləndirmə tətbirlərinin genişləndirilməsi bu təhlükəli növlərin vurduğu məhsul itkisinin 90-95% civarında azaldılmasına səbəb olmuşdur.

Biznes strukturları ilə bağlı məlumatlar məsəlsinə gəlincə bu faktlar həqiqəti əks etdirmir. Həmin “mənbə” faktı təqdim etdiyi halda biznes strukturlarını ona hədiyyə etməyə hazırıq. Əks halda “Kütləvi informasiya vasitələri” haqqında Qanunun müvafiq maddələrinə əsasən “mənbənizi” obyektiv mənbə ilə əvəz etməyinizi xahiş edirik.

Camal Quliyev 2014-cü ilin mart ayında Respublika Bitki Mühafizə Mərkəzinin rəisi təyin olunduqdan sonra nəinki Şəki-Zaqatala bölgəsinə, Respublikanın bütün bölgələrinə sıx-sıx səfərlər edir, monitorinq və mübarizə tədbirləri, yerli qurumların fəaliyyəti ilə yaxından tanış olur.

2015- ci ildə Dövlət Xidməti tərəfindən Ədliyyə Nazirliyinin çıxarışı əsasında pestisidlərin və aqrokimyəvi maddələrin satışı ilə məşqul olan hüquqi və fiziki şəxslərə məxsus 91 obyektdə yoxlama aparılmış, qeydiyyatdan keçməyən, mənşəyi məlum olmayan, istifadə müddəti bitmiş 115 adda 1396 kq/l preparat aşkar edilərək dövriyyədən çıxarılmış və satışı qadağan edilmişdir. 91 məntəqədən 78-nə 1790 manat miqdarında cərimə tətbiq edilmişdir.

Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Tələt Mehdiyev 1986-cı ildə S. Ağamalıoğlu adına “Şərəf Nişanı” ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Bitki mühafizəsi fakültəsini bitirmişdir. 1986-cı ilin aprel ayında Şəki rayon Bitki Mühafizə Stansiyasında böyük aqronom vəzifəsinə, 2003-cü ilin dekabr ayında isə Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi vəsifəsinə təyin edilmiş və hal-hazırda həmin vəzifədə işləyir.

Aqrar elmlər üzrə fəlsəfə doktoru, 20-dən artıq elmi əsər müəllifidir.

T.V.Mehdiyev işlədiyi müddət ərzində özünü bacarıqlı və işgüzar mütəxəssis kimi tanıtmış, işə məsuliyyəti, problemlərin həllinə konkret münasibəti və səmimiyyəti ilə kollektivin, Şəki və ətraf rayonların fermer və torpaq mülkiyyətçilərinin dərin hörmətini qazanmışdır. O, karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizimlərin monitorinqinin və biki mühafizəsi tədbirlərinin mövcud təlimat və tövsiyələrə, texnologiya və reqlamentlərə uyğun həyata keçirilməsi sahəsində bacarıqlı mütəxəssisdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Tələt Mehdiyev 2015- ci ildə Kənd Təsərrüfatının inkişafında Xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında
Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mətbuat katibliyi



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə