Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şirvan sakini nazirdən kömək istəyir
Şirvan sakini nazirdən kömək istəyir
29 Dekabr 2015 / 18:12 / Baxış sayı: 1202
Font1 Font2 Font3 Font4

Şirvan şəhər sakini Zabil Xanış oğlu Məmmədov Daxili İşlər naziri Ramil Usubova müraciət edib. Axar.az xəbər verir ki, Z.Məmmədov R.Usubovdan kömək istəyib.

Müraciət müəllifi qeyd edib ki, R.Usubov hər zaman vətəndaşların qayğısına qalıb, onların müraciətlərinə operativ reaksiya verib, problemlərini dinləyib. “Cənab nazir! Siz indiki Şirvan, o vaxtkı Əli Bayramlı şəhərinin 1984-cü ildə polis rəisi işləyəndə polis şöbəsinin qarşısındakı çörək zavodunun tikintisini icra edirdim. Mən sadə bir iş icraçısı idim.

Siz o dövrdə tez-tez zavoda gəlib, görülən işlərlə tanış olurdunuz, diqqət və qayğınızı bizdən əsirgəmirdiniz. Mən işlədiyim dövrdə Sizin diqqətinizi həmişə görmüşəm və bunu həyatım boyu unutmaram. O zaman aramızda yaranan ünsiyyət zamanı Sizin sadələyinizə, ədalətli insan olmağınıza heyran qalmışdım. Bu gün də Sizin nazir vəzifəsində vətəndaşlara münasibətdə qayğı və diqqətinizi görməkdən hər zaman məmnunuq”, – müraciət sahibi bildirib.

Müraciətin sonunda Şirvan sakini övladı ilə bağlı məsələyə görə nazirin qəbuluna düşmək istədiyini dilə gətirib:

“Məni qəbul etməyinizi və istəyimi şəxsən dinləməyinizi Sizdən xahiş edirəm”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə