Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Maşın alıb-satanların nəzərinə: gömrük depoziti ləğv olunur
Maşın alıb-satanların nəzərinə: gömrük depoziti ləğv olunur
29 Dekabr 2015 / 18:18 / Baxış sayı: 942
Font1 Font2 Font3 Font4

“Gürcüstandan Azərbaycana gələn avtomobillərə görə tələb olunan depozitin aradan qaldırılması istiqamətində müzakirələr aparılır”. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib. DGK sədrinin sözlərinə görə, bu məsələ ölkə başçısı İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində bu ölkədə yaşayan azərbaycanlılar tərəfindən qaldırılıb.

“Bu, məcburi atılan bir addım idi. Bu sahədə artıq Sərhəd Qoşunlarının komandanlığı ilə razılaşmalar əldə olunub. Ümid edirik ki, 15-20 gündən gec olmayaraq depozit məsələsinin aradan qaldırılması istiqamətində razılıq əldə olunacaq” – deyə A.Əliyev bildirib.

Qeyd edək ki, Gürcüstandan Azərbaycana müvəqqəti gətirilən nəqliyyat vasitələrinə görə gömrük ödənişlərinin həcminə ekvivalent məbləğdə pul vəsaiti depozit hesaba qoyulmalıdır.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə