Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

McCann Erikson şirkəti bəyanat yaydı
McCann Erikson şirkəti bəyanat yaydı
29 Dekabr 2015 / 18:59 / Baxış sayı: 268
Font1 Font2 Font3 Font4

McCann Erikson şirkəti bəyanat yayıb. Bəyanatda deyilir ki, bir aya yaxındir ki, İsmayıl Səlimov adlı şəxs bəzi informasiya saytlarının dəstəyi ilə McCann Erickson şirkətininə qarşı böhtan kampaniyası keçirir.

“Absurd bəyanatlar verən Səlimov McCann Erickson şirkətini Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi ilə olan münaqişəsinə cəlb etməyə çalışır. Ona aid olan və tərəfindən 700 min dollar həcmində qiymətləndirilən Mediagraf şirkətini guya bizim ələ keçirdiyimiz barədə məlumatlar yayır.

Bəyan edirik ki, nə G.Yusifov, nə də onun rəhbərlik etdiyi struktur daha əvvəl Mediagraf şirkətinə məxsus olan hər hansı biznes, yaxud reklam inventarına sahib deyil. Biznesin “ələ keçirilməsindən” heç bir söhbət gedə bilməz. Cünki McCann Erickson əvvəllər Mediagraf-a, yaxud onun rəhbərliyinə aid olan heç bir aktivə sahib deyil.

Bir neçə il əvvəl bizə İ.Səlimov tərəfindən şirkətin satışı ilə bağlı təklif gəlsə də, biz şirkətin son illərə aid fəaliyyəti, sifarişçiləri, aktivləri və diğər parametrləri ilə bağlı araşdırma apardıq. Qısa müddət ərzində aydınlaşdırdıq ki, (Azərbaycan reklam bazarı o qədər də böyük deyil) həmin dövr üçün reklam haqqında qanunvericiliyi daim pozduğuna və təqdim olunan hesabların ödənmədiyinə görə reklam daşıyıcılarında reklam yerləşdirməklə bağlı Mediagraf şirkətinin Reklam və İnformasiya Departamenti ilə problemi vardır.

Həmçinin, şirkətin alınması təklifi daxil olduğu dövrdə demək olar ki, şirkətə məxsus bütün reklam daşıyıcıları artıq demontaj olunduğuna görə razılaşma ilə bağlı hər hansı danışıqlar aparmaq mənasız idi. Bu sövdələşmənin qeyri-perspektiv olduğunu nəzərə alaraq məsələnin gələcəkdə hər hansı müzakirəsindən imtina etdik.

Bununla yanaşı bizə məlumdur ki, İsmayıl Səlimov tərəfindən Reklam və İnformasiya Departamentinə qarşı irəli sürülən iddialar məhkəmə instansiyaları tərəfindən rədd edilmişdir.

Görünür ki, məhkəmə instansiyalarında öz məqsədlərinə çata bilməyən Səlimov onun biznesinə heç bir aidiyyatı olmayan insanlara aşkar böhtan atmaq və insanlara qara yaxmaq yolunu tutub.

Bu arada, çox güman ki, öz əhvalatına dramatik fon vermək niyyəti ilə Səlimov bəzi KİV-lərin dəstəyi ilə öz absurd iddialarını MTN ətrafında baş verən hadisələrlə bağlamağa çalışır.

Rəsmi olaraq bəyan edirik ki, Azərbaycanda nəhəng beynəlxalq şirkətin nümayəndəsi olaraq, bu ölkədə 1998-ci ildən fəaliyyət göstərən McCann Erickson şirkətinin heç bir zaman İsmayıl Səlimovun hər hansı məmurla ixtilaflarına aidiyyəti olmayıb.

Kütləvi informasiya vasitələrini materialları dərc edərkən daha diqqətli olmağa çağırırıq. İqtisadi fəaliyyət subyektləri arasında yaranan istənilən məlumatlar hüquq müstəvisində həll edilməlidir.

Azərbaycan dinamik inkişaf edən ölkədir və burada qanunvericilik çərçivəsində biznesin normal inkişafı üçün şərait yaradılıb. Biznes-mühitin və işgüzar fəallığın yaxşılaşdırılması məsələləri dövlət başçısının birbaşa nəzarəti altındadır. Ölkə başcısı sahibkar və investorlara dəstək göstərilməsinin vacibliyini dəfərlərlə vurğulayıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə