Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dolların məzənnəsi yenə dəyişdi
Dolların məzənnəsi yenə dəyişdi
30 Dekabr 2015 / 10:53 / Baxış sayı: 506
Font1 Font2 Font3 Font4

1 dollar bu gün 1.5594 manat olub. Dollar bayram ərəfəsində günə yenidən bahalaşma ilə başlayıb. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın yenidən ABŞ dollarına qarşı ucuzlaşmasına səbəb olub.

Bu gün Azərbaycanda ABŞ dollarının məzənnəsi yenidən qalxıb. Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan rəsmi məlumatına görə, dolların rəsmi məzənnəsi dünən 1.5578 manat idi. Bu gün isə bu rəqəm 1.5594 manat olub. Avronun məzənnəsində cüzi azalma qeydə alınıb. Ötən gün 1.7094 manata dəyişdirilən avro bu gün 1.7046 manatdır.
Rusiya rublu isə dəyişilməz qalıb. Dekabrın 29-da rubl 0.0216 manat olub. Ötən həftədən başlayan dollar ajiotajı həftəsonu “qara bazar”ın yaranmasına səbəb olub. ANS PRESS-in məlumatına görə, paytaxtda əhalinin sıx olduğu yerlərdə, xüsusən 28 May metrostansiyasının çıxışında və Səməd Vurğun parkının ərazisində bəzi şəxslər məhz 1990-cı illərdə olduğu kimi “qara bazar” adlanan qeyri-qanuni valyuta bazarı formalaşdırıblar. Həmin bazarda vətəndaşların əlində olan yerli valyutanı ucuz qiymətə alır, ABŞ pulunu isə dəyərindən çox baha satırlar.

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə