Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ aviadaşıyıcı gəmisi Hörmüz boğazından keçərkən İran raket atışına başladı
ABŞ aviadaşıyıcı gəmisi Hörmüz boğazından keçərkən İran raket atışına başladı
30 Dekabr 2015 / 10:59 / Baxış sayı: 290
Font1 Font2 Font3 Font4

İŞİD-lə mübarizə üçün Fars körfəzinə üzən ABŞ-ın “Harri Trumen” aviadaşıyıcı gəmisi Hörmüz boğazından keçən zaman, İran raketlərdən döyüş atışı təliminə başlayıb. Bu barədə NBC telekanalına amerikalı hərbçilər bildirib.

Qeyd edək ki, Hörmüz boğazının və Fars körfəzinin şimal hissəsi İranın ərazi sularına daxildir. Amerikalı hərbçilərin məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun artilleriya hissələri ABŞ hərbi gəmisinə çox yaxın məsafədə -1,5 kilometrliyində raketlərdən döyüş atışı həyata keçirməyə başlayıb. Məlumata görə, döyüş atışı təlimi rayonunda həmçinin ABŞ-ın “Buckley” eskadra mina gəmisi (esmines), Fransaya məxsus freqat gəmisi və bir neçə kommersiya gəmiləri olub.

Telekanalın məlumatına görə, ABŞ gəmiləri “beynəlxalq səviyyədə qəbul edilmiş dəniz dəhlizin”dən keçərkən İran Hərbi-Dəniz Qüvvələri radio ilə onlara döyüş atışı təliminə başlamaq qərarını elan edib. Xəbərdarlıq edildikdən sonra bir neçə idarəolunmayan raket atışı həyata keçirilib. NBC telekanalı xüsusilə qeyd edir ki, “raketlər gəmilərə tərəf yox, qarşı istiqamətə atılıb və nə ABŞ, nədə ki, digər gəmilər, İran raketlərinin hədəfi olmayıb”.

Buna baxmayaraq, ABŞ İranın raketlərdən döyüş atışını çox təhlükəli və təxribatçı cəhdi kimi qiymətləndirib.

Xəbər verildiyi kimi, ABŞ-ın “Harri Trumen” aviadaşıyıcı gəmisi İŞİD-lə mübarizə aparan beynəlxalq koalisiyanın əməliyyatlarına qoşulub. Dekabrın 29-da aviadaşıyıcı gəminin göyərtəsində olan döyüş helikopterləri İŞİD-ə qarşı aparılan “Sarsılmaz əzm” əməliyyatı çərçivəsində ilk uçuşlarını həyata keçiriblər.

ABŞ-ın “Harri Trumen” aviadaşıyıcı gəmisinin Fransanın “Şarl de Qoll” aviadaşıyıcısı ilə Fars körfəzi akvatoriyasında İŞİD-ə qarşı birgə əməliyyatlarda iştirak edəcəyi qeyd olunur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə