Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İcra başçısının köməkçisi öldü yoxsa öldürüldü?
İcra başçısının köməkçisi öldü yoxsa öldürüldü?
30 Dekabr 2015 / 11:47 / Baxış sayı: 260
Font1 Font2 Font3 Font4

Sosial şəbəkələrdə Masallı rayon icra başçısının köməkçisi Elşən Sadıqovun intihar etməsi xəbəri yayılıb.
Masallı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev E.Sadıqovun öldüyünü təsdiqləsə də, hadisənin intihar olmasını təkzib edib.
Q.Hadıyev bildirib ki, E.Sadıqov dekabrın 28-dən 29-na keçən gecə yaşadığı mənzildə vəfat edib: “Bu barədə məlumat almışıq. Mərhumun atası bildirib ki, Elşən Sadıqov ürək tutmasından dünyasını dəyişib”.

Məlumat üşçün bidirək ki, Elşən Sadıqovun ölümünün əsl səbəbləri gizlədilir… 

***
İki ay əvvəl ailə həyatı qurmuş Elşən Sadıxovun hansı səbəbdən özünü asdığı məlum deyil 

Masallının icra başçısı Rafil Hüseynovun köməkçisi Elşən Sadıxovun intihar etdiyinə dair xəbər yayılıb. JAM.AZ Facebook-da yayılmış məlumata istinadən xəbər verir ki, Sadıxov dünən özünü asaraq, öldürüb.

İlkin Ağayev adlı istifadəçi tərəfindən yayılmış xəbərdə deyilir ki, icra başçısının köməkçisi dünən dəfn olunub. Lakin bu barədə heç bir məlumat yayılmayıb.

JAM.AZ-ın əməkdaşları məlumatı dəqiqləşdirmək istəsə də, gec olduğundan nəticə əldə edə bilməyib.

Qeyd edək ki, Elşən Sadıxovun iki aydın evli olduğu bildirilir. Onun hansı səbəbdən intihar etdiyi isə məlum deyil.

**
Aldığımız son məlumatlara görə, intihar edən icra başçısının köməkçisi Masallı rayonunun Kolatan kəndindəndir. JAM.AZ rayondakı bir neçə mənbələrlə əlaqə saxlayıb və onlar məlumatı təsdiq ediblər. Lakin mənbələr intiharın konkret olaraq hansı səbəbdən baş verdiyi barədə heç bir bilgi verməyiblər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə