Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

2016-cı ilin qeyri-iş günləri – Siyahı
2016-cı ilin qeyri-iş günləri – Siyahı
30 Dekabr 2015 / 13:50 / Baxış sayı: 394
Font1 Font2 Font3 Font4

2016-cı ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda deyilir: 

“İş vaxtı normasında bildirilir ki, Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “2016-cı ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 24 dekabr 2015-ci il tarixli 402 nömrəli qərarına əsasən, 2016-cı ildə 1-2 yanvar (Yeni il bayramı), 20 Yanvar (Ümumxalq hüzn günü), 8 Mart (Qadınlar günü), 20, 21, 22, 23, 24 mart (Novruz bayramı), 9 May (Faşizm üzərində Qələbə günü) iş günü hesab edilmir.

Bundan başqa, 28 May (Respublika günü), 15 İyun (Azərbaycan xalqının Milli Qurtuluş günü), 26 İyun (Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü), 6, 7 iyul (Ramazan bayramı), 12, 13 sentyabr (Qurban bayramı), 9 Noyabr (Azərbaycan Respublikasının Dövlət Bayrağı günü), 31 Dekabr (Dünya Azərbaycanlılarının Həmrəyliyi günü) günləri də iş günü hesab edilmir”,- deyə nazirlikdən deyilib.

Nazirlikdən verilən məlumata görə, 2016-cı ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 25 mart, 30 may, 27 iyun, altıgünlük iş həftəsində isə 25 mart və 27 iyun tarixləri istirahət günləridir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə