Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ərdoğan Kəbəyə daxil oldu (FOTO, VİDEO)
Ərdoğan Kəbəyə daxil oldu (FOTO, VİDEO)
30 Dekabr 2015 / 14:00 / Baxış sayı: 352
Font1 Font2 Font3 Font4

Ziyarət zamanı onu həyat yoldaşı və nazirlər müşayiət edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Məkkə şəhərini ziyarət edib. 

Ərdoğan Kəbə evinə daxil olub. Ziyarət gecə saatlarında baş tutub. Ərdoğanla bərabər onun nümayəndə heyəti də Kəbənin içərisinə daxil olublar.

Türkiyə prezidentini həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, energetika və təbii sərvətlər naziri Berat Albayraq və digər nazirlər müşayiət ediblər.




Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kəbə ziyarəti


Rəcəb Tayyib Ərdoğanın Kəbə ziyarəti

1994-cü ildə Azərbaycanın sabiq prezidenti Heydər Əliyev də Ümrə ziyarətində olarkən Kəbə evinə daxil olub.

Bu ilin aprelində isə Səudiyyə Ərəbistanı səfəri zamanı prezident İlham Əliyev və onu müşayiət edən şəxslər Kəbənin ətrafına dolanıb təvaf ediblər və məsciddə namaz qılıblar. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Kəbəyə daxil olublar, burada da namaz qılıblar.


Prezident İlham Əliyev və ailəsi Kəbə ziyarətində



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə