Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rza İbadov Bakıya gəlib
Rza İbadov Bakıya gəlib
30 Dekabr 2015 / 14:19 / Baxış sayı: 494
Font1 Font2 Font3 Font4
Keçmiş deputat, hazırda Londonda yaşayan Rza İbadov bu yaxınlarda Bakıya gəlib.

Bu barədə Modern.az saytına etibarlı mənbədən məlumat verilib. Bildirilib ki, Rza İbadov 3 həftə bundan öncə Bakıya gəlib və sonra yenidən Londona qayıdıb.  Onun Bakıya qəfil gəlişinin məqsədi barədə məlumat verilməyib.

Qeyd edək ki, Rza İbadov 1995-2000-ci illərdə Milli Məclisin deputatı, eyni zamanda parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri olub.

Əvvəllər iki dəfə Milli Məclisə üzv seçilən R.İbadov 2005-ci ildə üçüncü dəfə 24 saylı Nizami İkinci Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Lakin seçki prosesinin gedişində şəxsinə təzyiqlər olduğunu əsas gətirərək, Azərbaycanı tərk edib və İngiltərəyə gedib. Eks-deputat haqda 2006-cı ilin mayın 17-dən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə elan edilən axtarışa 27 oktyabr 2015-ci il tarixdə xitam verilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə