Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Səbailli uşaqların qış tətilləri maraqlı tədbirlərlə keçəcək
Səbailli uşaqların qış tətilləri maraqlı tədbirlərlə keçəcək
30 Dekabr 2015 / 16:51 / Baxış sayı: 192
Font1 Font2 Font3 Font4

Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Səbail rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəblilərin qış tətili günlərində bir sıra maraqlı tədbirlərin keçirilməsi  nəzərdə tutulmuşdur.

Tətil günlərində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uşaqlaşdırılması, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün  artırılmasına köməklik göstərilməsi üçün rayonda yerləşən orta məktəb şagirdlərinin Azərbaycan Tarixi Muzeyinə, İçəri şəhərdəki Miniatyur  Kitab Muzeyinə və Şirvanşahlar Saray Kompleksinə pulsuz ekskursiyaları təşkil olunmuş və RİH tərəfindən tərtib edilmiş qrafik əsasında məktəblərin ekskursiyaları keçiriləcəkdir. 

Artıq bu gündən etibarən uşaqların tətil günlərinin daha rəngarəng edilməsi məqsədi ilə Səbail RİH tərəfindən «Alov Qüllələri» Kompleksindəki «Sinema-klub» kinoteartrında 3 D həcmli uşaq filmlərinin pulsuz  nümayişi təşkil olunmuşdur. İlk tədbirdə rayon məktəblərinin təhsildə fərqlənən məktəbliləri, aztəminatlı ailələrin və Qarabağ müharibəsi veteranlarının övladları iştirak etmişlər.

Hər gün 150 nəfər uşaq üçün keçiriləcək  kinoseanslarda Səbail rayon məktəbliləri ilə yanaşı həm də UAFA təşkilatının üzvü olan fiziki qüsurlu uşaqlar da iştirak edəcəklər. Seans zamanı uşaqlara həm də iş adamlarının hədiyyəsi olaraq pulsuz meyvə şirəsi və popkorn veriləcəkdir.

Qış tətili günlərində 1500 nəfər uşağın pulsuz filmlərə baxması və 2000-dən çox uşağın isə muzeylərə ekskursiyaları təşkil olunması nəzərdə tutulmuşdur. Bu kimi tədbirlərin keçirilməsi valideynlərin ürəyindən olmuş, onlar bu təşəbbüsə görə  öz dərin minnətdarlıqlarını bildirmişlər.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə