Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tufan bu dəfə Şimal dənizində platformanı vurdu, 1 neftçi öldü
Tufan bu dəfə Şimal dənizində platformanı vurdu, 1 neftçi öldü
31 Dekabr 2015 / 13:23 / Baxış sayı: 406
Font1 Font2 Font3 Font4

Şimal dənizində, Norveçin qərb sahilləri yaxınlığında güclü tufan nəticəsində yaranan nəhəng dalğalar dəniz qazma platformasını vurub. Nəticədə üç neftçi xəsarət alıb, onlardan biri ölüb. Hadisə barədə bu gün dekabrın 31-də “Statoil” şirkəti məlumat yayıb.

Norveç dövlət neft şirkətindən yayılan açıqlamaya görə, “China COSL” şirkətinə məxsus platforma güclü dalğaların zərbəsi nəticəsində zədələnib. Platformadakı 106 neftçidən 50-i quruya evakuasiya olunub. Xəsarət alan üç nəfər isə vertolyotla platformadan aparılıb. Onlardan biri xəstəxanada ölüb.

Qazma platforması “Troll” neft-qaz yatağında yerləşir. Bu yataqda Norveçin neft-qaz ehtiyatlarının 40 faizi cəmləşib. Xatırladaq ki, dekabrın 4-də Xəzərdəki “Günəşli” yatağında SOCAR-a məxsus plaformada güclü tufan nəticəsində qəza və yanğın baş verib. Bu hadisə nəticəsində 30-dan çox neftçi həlak olub, 14-ü xəsarət alıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə