Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

BDU-da Yeni il bayramı keçirildi
BDU-da Yeni il bayramı keçirildi
31 Dekabr 2015 / 14:41 / Baxış sayı: 318
Font1 Font2 Font3 Font4

Bakı Dövlət Universitetinin Həmkarlar Komitəsinin təşkilatçılığı ilə universitetdə Yeni il bayramı keçirilib. Universitetdən arxiv.bizimxeber.az-a verilən məlumata görə, böyük akt zalında keçirilən tədbiri giriş sözü ilə açan BDU Həmkarlar Təşkilatının rəhbəri, dosent Fikrət Şiriyev valideynləri və uşaqları Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə təbrik edib, hamıya xoşbəxtlik və uğurlar arzulayıb.

Rektor akademik Abel Məhərrəmovun salamlarlını çatdıran HİK sədri bir neçə il ardıcıl keçirilən bu tədbirin artıq ənənəyə çevrildiyini və böyük marağa səbəb olduğunu vurğulayıb. Sonra uşaqların sevimlisi Şaxta baba və Qar qız səhnəyə çıxaraq balacaları şənləndirib, oyunlar, müsabiqələr keçirib, uşaqlara hədiyyələr paylayıb, qalibləri mükafatlandırıblar.

Tədbirin sonunda Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aktyorlarının ifasında “Tülkü və durna” tamaşası göstərilib.

Qeyd edək ki, BDU əməkdaşlarının övladları üçün beşinci ildir ki təşkil olunan bu tədbir gün ərzində 3 dəfə keçirilir, uşaqlara 2500 ədəd pulsuz hədiyyə paylanır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə