Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Elmar Vəliyev Zakir Həsənovla birlikdə əsgərlərlə görüşdü – Foto
Elmar Vəliyev Zakir Həsənovla birlikdə əsgərlərlə görüşdü – Foto
31 Dekabr 2015 / 16:11 / Baxış sayı: 654
Font1 Font2 Font3 Font4

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə Müdafiə Nazirliyinin rəhbər heyəti, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər ziyalıları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə əsgər valideynləri və yaxınları üçün təşkil olunmuş “Açıq qapı” günündə iştirak ediblər.

“Açıq qapı” günündə ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şəraitlə yaxından tanış olub, xidməti və inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkiblər.

Əsgər yemakxanasında təşkil olunmuş konsert proqramında Nazir və İcra Başçısı əsgərlərlə birlikdə yemək yeyiblər və əsgərlərin bayramını təbrik ediblər.

Nazir Zakir Həsənov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə şəhərdə aparılan abadlıq-quruculuq tədbirləri, veteranların sosial qayğılarının həlli, gənclərin dostluq, hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi yönündə xidmətlərinə görə “Veteran Həmrəyliyi” medalını təqdim edib.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə