Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Ağayev qətl törətməyə hazırlaşır, DİN isə hələ seyr edir…
İlham Ağayev qətl törətməyə hazırlaşır, DİN isə hələ seyr edir…
01 Yanvar 2016 / 23:56 / Baxış sayı: 750
Font1 Font2 Font3 Font4

Bu gün haqqin.az saytının redaksiyasına vətəndaş tərəfindən Yardımlı rayon sakini İlham Ağayev barəsində həyacanlı müraciət daxil olub.

Müraciətə əsasən İlham Ağayev həmin vətəndaşa (adı redaksiyaya məlumdur) divan tutmaqla hədələyir. Ancaq vətəndaşın hüquq-mühafizə orqanlarına müraciət etmək cəhdləri heç bir nəticə vermir.

Həmin vətəndaş dekabrın 11-də DİN-in internet saytı üzərindən daxili işlər naziri Ramil Usubova şikayət göndərib. Ancaq DİN-dən şikayətə hələ də cavab verilməyib. İlham Ağayev tərəfindən təhdidlər isə davam edir. Bu üzdən təhdid olunan vətəndaş haqqin.az saytının redaksiyasına müraciət etməli olub.

Saytın əməkdaşı bütün gün ərzində DİN-in mətbuat xidmətinin rəhbəri, Baş cinayət axtarışı idarəsinin rəisi Emin Şəkinski, onun müavini Arzu Daşdəmirovla və digər məsul şəxslərlə əlaqə yaratmaq istəyib. Ancaq cavab ala bilməyib. Baş prokurorluğun mətbuat xidmətindən isə deyiblər ki, iş günündə-yanvarın 5-də müraciət etmək lazımdır. Beləliklə, əgər cinayət hadisəsi törədilsə buna görə kim məsuliyyət daşıyacaq? Hüquq-mühafizə orqanları ancaq cinayət törədiləndən sonra müdaxilə etməlidir? Cinayətin qarşısını almaq kimin vəzifəsidir?

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə