Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“MTN işi” Səhiyyə Nazirliyini də “vurdu” – Elsevər Ağayev istintaqa çağırıldı
“MTN işi” Səhiyyə Nazirliyini də “vurdu” – Elsevər Ağayev istintaqa çağırıldı
02 Yanvar 2016 / 0:18 / Baxış sayı: 910
Font1 Font2 Font3 Font4

Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev Baş Prokurorluqda Mahmudov-Çovdarov kriminal bandasının işi üzrə dindirilib. Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən məlumat verilib.

Nazir müavininin dindirilməsinə səbəb Apteklər idarəsinin sabiq rəisi Adil Məmmədovun Baş Prokurorluğa şikayət ərizəsi yazması olub.

Akif Çovdarov hələ 2006-cı ildə Adil Məmmədovu yanına çağıraraq gələcəkdə öz vəzifəsində qalmaq üçün ondan “MTN-in ümumi kassasına” hər il 1milyon dollar pul köçürməsini tələb edib.

A.Çovdarovla görüşdən dərhal sonra A.Məmmədov birbaşa kuratoru olan nazir müavini Elsevər Ağayevə zəng edib və ondan nə etməli olduğu haqda məsləhət istəyib.

A.Məmmədov ərizəsində göstərib ki, E.Ağayev onun sualına sualla cavab verib: “Sən Akif Çovdarov pul tələb edəndə nə etmək lazım olduğunu bilmirsən?”.A.Məmmədov tələb olunan pulu verməkdən imtina edib və təxminən bir həftə sonra tutduğu vəzifədən uzaqlaşdırılıb. Məlumatda o da bildirilir ki, A.Məmmədovun şikayəti üzrə Səhiyyə Nazirliyinin digər məsul şəxsləri də dindiriliblər. İstintaq aparılır.

arxiv.bizimxeber.az



“MTN işi” Səhiyyə Nazirliyini də “vurdu” – Elsevər Ağayev istintaqa çağırıldı yazısına 2 şərh yazıldı




Yuxarı Geri Ana səhifə