Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ərdoğan administrasiyası: “Prezidentin sözləri təhrif edilib”
Ərdoğan administrasiyası: “Prezidentin sözləri təhrif edilib”
02 Yanvar 2016 / 11:13 / Baxış sayı: 486
Font1 Font2 Font3 Font4

Türkiyənin Prezident Administrasiyası ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın “Hitler Almaniyası” ilə bağlı veridiyi açıqlamanı şərh edib.

Administrasiyanın açıqlamasında bildirilir ki, Ərdoğanın sözləri təhrif edilib: “Prezident Hitlerin deyil, Almaniyanın idarəçilik sistemindən danışıb. Prezident idarə üsulu o demək deyil ki, ölkə federallaşmalıdır. Həm parlament, həm də prezident idarə üsulunda ədalət daha önəmlidir”.

Xatırladaq ki, Türkiyə prezidenti Səudiyyə Ərəbistanından səfərdən qayıtdığı zaman jurnalistlərə verdiyi açıqlamada ölkədə yaradılacaq yeni idarə üsulundan danışmışdı.

““Unitar dövlətdə prezident sistemi ola bilməz” deyə bir şey yoxdur. Hazırda bunun dünyada nümunəsi var, keçmişdə də olub. Hitler Almaniyasına baxdığınızda orada da bunu görürsünüz, müxtəlif ölkələrdə də bunun nümunələrini görmək olar. Əsas odur ki, prezidentlik dövlətində xalqı narahat edən sistem olmasın. Ədalət olanda, çətinlik olmayacaq”, – Ərdoğan qeyd etmişdi.

Ondan sonra Ərdoğanın Hitler Almaniyasını yaxşı bir örnək kimi göstərməsi dünya mediasında geniş müzakirə mövzusuna çevrilib.

Qərbin bir çox mətbuat orqanları dünyada ilk dəfə Ərdoğanın konstitusiya dəyişikliyi üçün Hitlerin idarəçilik modelini təriflədiyinə rast gəlindiyini yazıblar.

Son vaxtlar Türkiyə ilə münasibətləri gərginləşən Rusiya rəsmiləri də Ərdoğanın bu açıqlamasını şərh ediblər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Facebook səhifəsində Ərdoğanın açıqlaması haqda xəbəri paylaşaraq “Artıq bir çox şey aydınlaşır” sözlərini yazıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə