Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Obama kovboylarla duelə çıxır, “vəhşi qərb” geri dönür
Obama kovboylarla duelə çıxır, “vəhşi qərb” geri dönür
02 Yanvar 2016 / 11:41 / Baxış sayı: 398
Font1 Font2 Font3 Font4

ABŞ-da 27 milyon əhalisi olan Texas ştatında 1871-ci ildən bu yana ilk dəfə açıq şəkildə silah gəzdirməyə icazə verən qanun qəbul edilib.

arxiv.bizimxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, qanuna əsasən silah saxlamağa xüsusi lisenziyası olan və təhlükəsizlik üzrə kurs keçmiş şəxslər malik olduqları atıcı silahları qoburunda saxlamaqla üzərlərində sərbəst gəzdirə bilərlər. Bununla belə qanun şirkətlərə onlara məxsus binaların daxilində silahla gəzməyi qadağan etmək səlahiyyəti də verir.

Yeni qanunun tərəfdarları hesab edir ki, bu, ictimai təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edəcək. Texas ştatı silahı olan şəxslərin sayına görə Amerikada liderdir və bu ştatda demək olar ki, hamının qanuni şəkildə əldə etdiyi silahı var. Bura müxtəlif markalardan olan avtomatlar və pistoletlər, “Vinçester”lər və digərləri daxildir.

Lakin Texasa qəbul edilən qanun silahla törədilmiş kütləvi qətliamların artdığı ABŞ-da birmənalı qarşılanmayıb. Prezident Barak Obama neçə vaxtdır ki, silahlara məhdudiyyət tətbiq edilməsi üçün qanun qəbuluna çalışırdı. Lakin silah lobbisinin maraqları onun səylərinə üstün gəlib. İndi Barak Obama bəyan edib ki, ölkədə baş alıb gedən silah zorakılığına qarşı birtərəfli qaydada tədbirlər görəcək. Bu isə o deməkdir ki, o, fərdi silahlara nəzarət məsələsində qərar qəbul edə bilməyən Konqresdən yan keçən sərəncamlar verəcək.

Özünün yeni ildə ilk çıxışında prezident Obama bəyan edib ki, görüləcək tədbirləri müzakirə etmək üçün baş prokuror Loretta Linçlə məsləhətləşəcək.Obama deyib ki, Konqresin bu barədə heç bir tədbir görmək istəmədiyi vəziyyətdə, o bir prezident kimi səlahiyyətlərindən istifadə etmək məcburiyyətindədir.

Təhlilçilər deyirlər ki, prezident bu istiqamətdə silah lobbisinin və respublikaçıların güclü əks-hücumları ilə qarşılaşmalı olacaq.

Lakin prezident bildirib ki, valideynlərdən, müəllimlərdən və uşaqlardan çox sayda şikayət məktubları alır və artıq fəaliyyətsiz dayana bilməz.“Biz bilirik ki, hər bir zorakılıq hərəkətinin qarşısını ala bilmərik, amma gəlin belə zorakılıqlardan heç olmasa birinin qarşısı almağa çalışaq”-Obama bildirib.

Prezident deyib ki, Konqres uşaqları silahlı zorakılıqdan qorumaq üçün, heç olmasa, nəsə etməlidir. O etiraf edib ki, Konqresdə, “sağlam düşüncəli silah qanunu”nun qəbulu üçün dəstək qazana bilməməsi prezidentliyinin ən böyük məyusluğudur.

Təhlilçilər bildirirlər ki, prezident silahlara nəzarət istiqamətində bir sıra tədbirləri təkbaşına görə bilər.Bunlardan biri də, silah dilerlərindən müştərilərin kimliyi barədə müfəssəl məlumatın tələb edilməsidir.

Lakin hətta bu tədbirin də görülməsində prezident ciddi müqavimətlə üzləşəcək.Amerika mətbuatı yazır ki, artıq Milli Silah Assosiasiyası bu barədə təbliğat videosu buraxıb.

Açıq silah gəzdirməyə icazə verilən Texas ştatının polis rəisi isə prezidentə xəbərdarlıq edərək deyib ki, “amerikalıların tərksilah edilməsi inqilaba səbəb ola bilər”.

Amerika mətbuatı yazır ki, fərdi silahlarla bağlı zorakılıqların ildən-ilə artmasına baxmayaraq, silahlara qarşı hər hansı qanunvericilik təşəbbüsü uğursuzluğa düçar olur.Məsələn 2013-cü ildə Konnektikutdakı məktəbdə 20 uşağın qətli ilə nəticələnmiş atışmanın ardınca demokrat və respublikaçıların birgə təqdim etdikləri qanun 60 səsə görə qəbul olunmamışdı.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə