Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda əksər bölgələrə qar və sulu qar yağıb
Azərbaycanda əksər bölgələrə qar və sulu qar yağıb
02 Yanvar 2016 / 11:47 / Baxış sayı: 224
Font1 Font2 Font3 Font4
Azərbaycan ərazisində faktiki hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, dekabrın 30-u günün ikinci yarısından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə olunub, şimal-qərb küləyi əsib.

Hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunmaqdadır, əksər rayonlarda yağıntı qar və sulu qar şəklindədir. Dekabrın 30-dan başlayaraq bölgələrdə qarlı hava şəraiti müşahidə olunur.

Ümumiyyətlə, Böyük Qafqaz rayonu ərazisində yağıntı intensiv xarakterli olub, əsasən qar şəklindədir. İndiyə qədər Quba-Qusar rayonunun dağlıq ərazilərində qarın hündürlüyü 85 sm, Quba rayonunun Xınalıq kəndində 82 sm, Qəbələdə 41 sm, Şəkildə 39 sm, Zaqatalada 29 sm təşkil edir.

Daşkəsən-Gədəbəy zonasında qarın hündürlüyü 22-50 sm, Qazax-Gəncə zonasında 9-12 sm, Mərkəzi Aran rayonlarında isə 7-25 sm arasında dəyişir. Lənkəran-Astara zonasında – Lerikdə qarın hündürlüyü 5 sm, Yardımlıda isə 14 sm təşkil edir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə