Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Peşə təhsilinin Nurəddin Cahangirov adlı bəlası
Peşə təhsilinin Nurəddin Cahangirov adlı bəlası
04 Yanvar 2016 / 13:10 / Baxış sayı: 302
Font1 Font2 Font3 Font4

6 saylı Bakı peşə məktəbində baş verən özbaşınalıqlara dair şagird və valideynlərin, habelə bu təhsil müəssisəsində dərs deyən bir çox müəllimlərin şikayətləri var

Redaksiyamıza daxil olan məlumatlarda 6 saylı Bakı peşə məktəbində baş verən özbaşınalıqlara dair şagird və valideynlərin, habelə bu təhsil müəssisəsində dərs deyən bir çox müəllimlərin şikayətləri öz əksini tapmışdır. Həmin məlumatlarda bildirilir ki, məktəbin rəhbərliyi müəssisənin idarə olunmasında bir çox qanun pozuntularına yol verməklə təhsilin səviyyəsini acınacaqlı bir duruma gətirmişdir. Etiraf etmək lazımdır ki, məhz bu baxımdan respublikada fəaliyyət göstərən bir çox tədris müəssisələrinə rəhbərlik hələ də irəli sürülən tələblərə qətiyyən cavab verməyən kadrlar tərəfindən həyata keçirilir.

Qəzetimizin ötən saylarında biz dəfələrlə bu problemə toxunaraq Bakıda fəaliyyət göstərən bir çox peşə lisey və məktəblərində vəziyyətin son dərəcə arzuolunmaz bir duruma gəldiyindən söz açmışdıq. Bu xüsusda redaksiyamıza daxil olan şikayət məktublarından isə belə bir qənaətə də gəlmək olur ki, sözü gedən tədris müəssisəsi faktiki olaraq məktəbin direktoru Nurəddin Cahangirovun şəxsi kommersiya obyekti kimi fəaliyyət göstərir.

nureddinMövzuya dair ötən yazımızda da biz göstərmişdik ki, bir vaxtlar Abşeron rayonu Binə peşə məktəbinə rəhbərlik edən Nurəddin Cahangirov burada da qəsəbə sakinlərinin yaddaşında çeşidli qanun pozuntularına yol verməsi ilə qalmışdı. Məktəbyanı ərazilərin qeyri-qanuni olaraq satıması isə onu bu əməllərinin “şah əsəri” olmuşdu. Həmin vaxtlarda məktəb direktoru onun “iş üsullarına” ümumiyyətlə heç kəsin müdaxilə etmək iqtidarında olmadığını xüsusi razılıq hissi ilə bəyan edirdi. Onun öz sözlərinə istinad edən mənbə bildirir ki, Nurəddin müəllim özünü hətta RTŞ-nin rəhbərliyi üçün də kifayət qədər “əlçatmaz” hədəf hesab edirdi. Belə məlum olur ki, bu məmur daha yuxarı instansiyalarda əyləşmiş nüfuzlu himayədarlarına kifayət qədər arxayındır. Təəssüflər olsun ki, Abşeron RTŞ-nin rəhbərliyinin Binə peşə məktəbində yer almış ciddi qanun pozuntularının qarşısını almaqda nümayiş etdirdiyi acizlik N.Cahangirovun bu iddialarının da əsaslı olduğunu təsdiqləyirdi. Bu gün isə o, öz bədxah əməllərini artıq 6 saylı Bakı peşə məktəbinin direktoru vəzifəsində davam etdirir.

Redaksiyamıza daxil olan məlumatlarda bu da bildirilir ki, bu məktəbdə təhsil alan şagirdlərin valideynlərindən mütəmadi olaraq ən müxtəlif bəhanələrlə pul vəsaitləri toplansa da bu yığımlar belə N.Cahangirovun tələblərini tam ödəyə bilmir. Maddi sərvət yığımını əsas həyat amilinə çevirmiş məktəb direktoru şagirdlərə dövlət tərəfindən ayrılmış təqaüdlərə belə göz dikməkdən çəkinmir. Liseyin şagirdləri onlara ayrılmış aylıq 30 manat məbləğində təqaüdü plastik kartlar vasitəsilə almalı olduqları halda Nurəddin müəllim həmin kartları bütün şagirdlərdən yığaraq onları özündə saxlayır. Beləliklə də təkcə son dörd ay ərzində lisey direktoru hər şagirdin təxminən 95 manat pulunu mənimsəmişdir. Məlumatlarda xüsusi olaraq qeyd olunur ki, N.Cahangirovun oğlu da onunla birlikdə 6 saylı Bakı peşə məktəbində işləyir.

Görünür təhsil sahəsində korrupsiyanı artıq ailə biznesinə çevirmiş Cahangirovlar bu sahədə uzunmüddətli ənənələrin əsasını qoymaqda israrlıdırlar. Bunu da qeyd etməliyik ki, aldığımız məlumatlarda irəli sürülən ittihamlara münasibətini bildirmək üçün biz dəfələrlə Nurəddin müəllimlə əlaqə saxlamağa cəhd göstərdik. Lakin məktəb direktoru hər dəfə bir bəhanə ilə dialoqdan boyun qaçırmaqla suallarımızı cavabsız qoydu. Bu isə təbii ki, şikayətlərdə təqdim olunan faktların dürüstlüyünü bir daha təsdiq etmiş olur./gundelik-baku.com/

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə