Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

AZAL aviabiletlərin qiymətini endirdi
AZAL aviabiletlərin qiymətini endirdi
04 Yanvar 2016 / 13:55 / Baxış sayı: 500
Font1 Font2 Font3 Font4

“Azərbaycan Hava Yolları” QSC Moskva (“Vnukovo” hava limanı), Dubay (“Əl-Məktum” hava limanı) İstanbul (“Sabiha Gökçən” hava limanı) və Antalyaya aşağı büdcəli reyslərə aviabiletlərin qiymətinin endirilməsini elan edir.

QSC-nin mətbuat xidmətindən -a verilən məlumata görə, 2016-cı il yanvarın 5-dən etibarən yuxarıda göstərilən istiqamətlərə aviabiletlərin qiyməti Bakıdan uçmaqla cəmi 89 avro təşkil edəcək.

Həmçinin yanvarın 5-dən etibarən bütün beynəlxalq istiqamətlər üzrə reyslər, o cümlədən sözügedən aşağı büdcəli reyslər Heydər Əliyev Beynəlxalq Hava Limanının birinci terminalından yerinə yetiriləcək.

Aviaşirkət avroya nisbətdə milli valyutanın məzənnəsinin dəyişməsi ilə əlaqədar qiymətlərə yenidən baxılmasını davam etdirir. Bundan öncə şirkət Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıye Vodı, İstanbul, Ankara, Antalya, Tel-Əviv, Tehran, Dubay, Aktau, Kiyev, Lvov, Minsk, Tbilisi və s. kimi şəhərlərə aviabilet qiymətlərə yenidən baxılacağını elan etmişdi.

AZA-ın vitse-prezidenti Eldar Hacıyev deyib: “Aşağı tarifli uçuşların siyahısı bundan sonra da genişlənəcək. Bu yaxınlarda Bakı-Moskva (Domodedovo hava limanı) reysinə yeni aşağı büdcəli Promo tarifi tətbiq edilib ki, bu tarifə baqaj daxil edilməyib. Həmçinin növbəti yay mövsümündə Alanya kurort şəhərinə yeni aşağı tarifli reysin açılması planlaşdırılır. Gələn il “Azərbaycan Hava Yolları” bir çox istiqamətlər üzrə aşağı büdcəli tariflərin siyahısını genişləndirməyi davam etdirəcək”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə