Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cəsədi tapılan neftçilərin şəxsiyyətləri müəyyənləşdirildi
Cəsədi tapılan neftçilərin şəxsiyyətləri müəyyənləşdirildi
04 Yanvar 2016 / 14:04 / Baxış sayı: 332
Font1 Font2 Font3 Font4

Dünən Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilən iki Azərbaycan neftçisinin cəsədinin kimliyi müəyyən olunub. 

Xəbər verdiyimiz kimi, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin amfibiya tipli təyyarəsi istintaq qrupu və SOCAR-ın Azneft İB-nin işçiləri ilə birlikdə cəsədlərin tanınması və respublikaya gətirilməsi üçün Türkmənistana yola düşüb.

SOCAR-ın mətbuat xidməti xəbər verir ki, orada olan şirkə əməkdaşları tərəfindən aparılmış ilkin baxış nəticəsində verilmiş məlumata əsasən, tapılan ”Günəşli” yatağında baş vermiş qəza nəticəsində itkin düşmüş Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun cəsədləridir.

*   *   *11:30

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış neftçilərin meyitlərini gətirmək üçün bu ölkəyə yola düşüb.

Virtualaz.org Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, nazirliyin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65-70 km uzaqlıqda 2 kişi cəsədi aşkar edilib və Türkmənistana aid gəminin göyərtəsinə qaldırılaraq Kiyanlı dəniz limanına aparılıb. Cəsədlərə ilkin baxış zamanı birinin geyiminin üzərində “Azneft” sözləri yazıldığı müəyyən edilib.

Məlumat daxil olduqdan sonra FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədlərin tanınması və ölkəyə gətirilməsi üçün Türkmənistana yola düşüb.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə